
Motorola smartfonlarına ABŞ-da qadağan qoyula bilər
Tech-Biznes
20.12.2024
Emil
ABŞ Beynəlxalq Ticarət Komissiyası (ITC) İsveçin telekommunikasiya şirkəti olan Ericsson ilə Motorola arasındakı patent mübahisəsində məhz Ericsson-un lehinə qərar çıxarıb. Bu öz növbəsində Motorola smartfonlarının ABŞ-da qadağan olunmasına səbəb ola bilər. Ericsson ilə Motorola arasındakı patent mübahisəsi birincinin 5G texnologiyaları üzrə bəzi elementlərə intellektual mülkiyyət hüququna sahib olması ilə bağlıdır.
Ericsson şirkətinin sözlərinə əsasən Motorola-nın Moto G, Edge və Razr smartfonları ona məxsus olan patent hüquqlarını pozurlar. Qeyd etmək lazımdır ki, tərəflər arasındakı bu patent məsələsi hələ ilkin mərhələdədir. ITC-nın qərarı hələ 2025-ci ilin aprel ayında xüsusi komissiya tərəfindən təsdiqlənməlidir. Əgər komissiya ITC-nın qərarını dəstəkləmiş olsa, bu, Motorola smartfonlarının ABŞ-a idxalının qadağan edilməsi demək olacaq. Digər tərəfdən şirkətlər öz aralarında müəyyən məbləğdə kompensasiyanın ödənilməsi üzərindən vahid razılığa da gələ bilərlər.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
