
NVIDIA bazar dəyəri 4 trilyon dolları keçmiş ilk şirkət oldu
Tech-Biznes
01.10.2025
Emil
NVIDIA-nın səhmləri çərşənbə axşamı yeni rekorda çataraq təxminən 3% yüksəldi və onun bazar dəyərini inanılmaz 4.5 trilyon dollara çatdırdı. CNBC-nin məlumatına görə, son 1 ildə NVIDIA-nın səhmləri təxminən 49% artıb və şirkət süni intellekt boom-u fonunda mərkəzi mövqeyini gücləndirmək üçün sazişlərin bağlanma tempini artırdıqca investorları cəlb etməyə davam edir. Keçən həftə OpenAI açıqladı ki, NVIDIA süni intellekt sahəsində fəaliyyət göstərən startapda 100 milyard dollara qədər pay əldə edəcək və dəyəri 100 milyardlarla ölçülən, NVIDIA qrafik sürətləndiriciləri ilə təchiz olunacaq məlumat emalı mərkəzləri inşa edəcək.

Ardınca OpenAI Oracle ilə birlikdə süni intellekt layihəsi “Stargate” çərçivəsində 5 yeni iri məlumat emalı mərkəzinin tikintisini elan edib. Şirkətlərin sözlərinə görə, planın həyata keçirilməsi 500 milyard dollara başa gələcək. NVIDIA-nın baş direktoru Jensen Huang bildirib ki, yeni süni intellekt məlumat emalı mərkəzlərinə çəkilən xərclərin təxminən 70%-i NVIDIA məhsullarının payına düşür. Citi analitikləri çərşənbə axşamı NVIDIA səhmlərinin hədəf qiymətini 200$-dan 210$-a qaldırıblar. Onlar bu qərarı OpenAI-in elanlarından sonra süni intellekt infrastrukturuna çəkilən xərclərin artacağı proqnozu ilə əsaslandırıblar.

CNBC-nin verdiyi məlumata görə, Citi analitiki Atif Malik belə deyib: “Biz hesab edirik ki, OpenAI kömək üçün NVIDIA-ya müraciət edib, çünki NVIDIA-nın çox cəlbedici məhsulu var, həmçinin istifadəçi sayı və hər bir istifadəçiyə düşən hesablama gücü sürətlə artır”. Meta, Google və digər şirkətlər də öz infrastruktur xərclərini əhəmiyyətli dərəcədə artırırlar. NVIDIA-nın iri səhmdarlarından biri olduğu bulud xidmətləri provayderi CoreWeave çərşənbə axşamı Meta ilə 14.2 milyard dollar dəyərində süni intellekt infrastruktur xidmətlərinin göstərilməsi barədə sazişə nail olduğunu açıqlayıb. Bu il NVIDIA-nın səhmləri bütün rəqiblərini artım tempinə görə qabaqlayıb, yalnız Broadcom istisna olmaqla. OpenAI-in dəstəyi ilə Broadcom-un səhmləri təxminən 40% yüksəlib.
Paylaş