main-post-cover

    Qualcomm, Intel-in prosessor biznesinin bir hissəsini almağı planlaşdırır

    Tech-Biznes
    06.09.2024
    Emil Nəcəfov
         Reuters saytının verdiyi məlumata əsasən mobil və desktop prosessorların istehsalı ilə məşğul olan Qualcomm şirkəti Intel-in prosessor biznesinin bir hissəsini əldə etməyi planlaşdırır. Intel isə öz növbəsində ciddi maliyyə çətinlikləri fonunda əlavə vəsaitlərin cəlb edilməsi və xərclərin azaldılması üsullarını axtarır. Məlumatda qeyd edilib ki, Qualcomm əsasən Intel-in desktop və mobil Core prosessorları istehsalı biznesi ilə maraqlanır. Lakin istisna deyil ki, Qualcomm həmçinin Intel-in digər biznes şöbələrinə də maraq göstərmiş olsun.
         Bununla belə Qualcomm-un fəaliyyəti ilə yaxından tanış olan mənbələr bildiriblər ki, Intel-in serverlər kimi sahədə biznesinin alınması Qualcomm üçün az səviyyədə məqsədəuyğun ola bilər. Məlumata əsasən Qualcomm bu mövzuda hələ Intel-ə rəsmi müraciət etməyib. Hər iki tərəf bu mövzu barəsində fikir bildirməkdən imtina edib. Bəzi mənbələrin sözlərinə əsasən Qualcomm qeyd edilmiş mövzuda hələ yekun qərar verməyib və nəticədə onun planlarında dəyişikliklər ola bilər.
         Qeyd etmək lazımdır ki, Intel bu ilin ikinci rübündə ciddi maliyyə problemləri ilə qarşılaşdı. Şirkət öz işçilərinin 15%-ni ixtisar etdi və bəzi işçilərə bonusların verilməsini dayandırdı. Hal-hazırda şirkət öz xərclərinin azaldılması üsullarının və öz layihələri üçün maliyyə axtarışındadır. Şirkətin kompüterlər üçün nəzərdə tutulmuş prosessorlarının satışlarından olan gəliri keçən il 8% aşağı düşüb. Bu isə kompüter bazarındakı ümumi vəziyyətin aşağı səviyyədə olması ilə bağlıdır. Bir neçə müddət bundan öncə hətta məlumat ortaya çıxmışdı ki, Intel öz prosessor istehsalı biznesini satışa çıxara bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli smartfonlar üçün Snapdragon 6 Gen 3 prosessoru təqdim edilib
    budceli-smartfonlar-ucun-snapdragon-6-gen-3-prosessoru-teqdim-edilib
    Orta səviyyəli smartfonlar üçün Snapdragon 7s Gen 3 prosessoru təqdim edilib
    orta-seviyyeli-smartfonlar-ucun-snapdragon-7s-gen-3-prosessoru-teqdim-edilib
    Snapdragon 7s Gen 3 bahalı olmayan smartfonlar üçün gaming istiqamətli prosessor olacaq
    snapdragon-7s-gen-3-bahali-olmayan-smartfonlar-ucun-gaming-istiqametli-prosessor-olacaq
    Snapdragon 8 Gen 4 prosessoru iki versiyada istehsal ediləcək
    snapdragon-8-gen-4-prosessoru-iki-versiyada-istehsal-edilecek
    Snapdragon 8 Gen 4 prosessoru Geekbench testlərindən keçib
    snapdragon-8-gen-4-prosessoru-geekbench-testlerinden-kecib