
SpaceX-in bazar dəyəri 175 milyard dollara yüksələ bilər
Tech-Biznes
07.12.2023
Emil
SpaceX şirkəti özəl şirkət olduğundan o öz səhmlərini açıq fond birjasında satmır. Bu ilin yay fəslində şirkətin bazar dəyəri 150 milyard dollar təşkil etmişdi. Lakin yaxın zamanda şirkətin bazar dəyəri 175 milyard dollara yüksələ bilər. Bloomberg saytının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən SpaceX qiyməti 500 milyon dollardan 750 milyon dollara kimi təşkil edə biləcək səhm paketini satmağa hazırlaşır. Bu proses çərçivəsində şirkətin bir səhminin qiyməti 95$ təşkil etməlidir. 175 milyard dollarlıq bazar dəyəri SpaceX-i dünyanın ən böyük şirkətləri siyahısına daxil edəcək. Bu mövzuda o, T-Mobile USA (176 milyard dollar), Nike (177 milyard dollar) və China Mobile (176 milyard dollar) kimi şirkətlərlə rəqabət apara biləcək.
Paylaş