
SpaceX yeni investisiya raundu nəticəsində dünyanın ən bahalı özəl startapı ola bilər
Tech-Biznes
04.12.2024
Emil
SpaceX şirkəti yeni investisiya raundunu keçirtməyi planlaşdırır. Şirkət öz səhmlərinin potensial investorlara satışı barəsində danışıqlar aparır. Növbəti investisiya raundu nəticəsində şirkətin bazar dəyəri 350 milyard dollar təşkil edə bilər. Şirkətin bazar dəyərinin 350 milyard dollara yüksələcəyi halda bu, SpaceX-i dünyanın ən bahalı özəl startapı edəcək.
Bu il şirkətin öz səhmlərinin satışını reallaşdırması zamanı onun bazar dəyəri 210 milyard dollara yüksəlmişdi. SpaceX rəsmiləri yeni investisiya raundu barəsində fikir bildirməkdən imtina ediblər. Qeyd etmək lazımdır ki, səhmlərin satış şərtləri yekunda dəyişə bilər. Çünki şirkət potensial investorlarla hələ danışıq prosesindədir. Şirkət səhmlərinin yekun qiyməti potensial investorların nə dərəcədə maraq göstərəcəklərindən asılı olacaq.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
