Logo
    main-post-cover

    Telegram Fransa hökuməti ilə əməkdaşlıq etməyə başlayıb

    Tech-Biznes
    13.09.2024
    Emil
         Telegram-ın daha öncə Fransa hökumətinin rəsmi sorğularına cavab verməmiş administrasiyası Pavel Durov-un avqust ayının sonunda Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra hökumət sorğularına daha operativ cavab verməyə başlayıb. Söhbət, polis və jandarmeriya tərəfindən aparılan istintaqdan gedir. Əsasən də uşaqlara qarşı edilən cinayətlərlə bağlı istintaq. Qeyd etmək lazımdır ki, Pavel Durov-un Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından öncə Telegram administrasiyası bu dövlətin hökumət sorğularına reaksiya vermirdi.
          Görünür, bu hal səbəbilə Fransa hökumətində yaranmış qəzəb öz növbəsində Durov-un saxlanmasına gətirib çıxarıb. Lakin Durov-un saxlanılmasından sonra messencer administrasiyası öz strategiyasını dəyişməyə başlayıb. Belə ki, Telegram administrasiyası jandarmeriyanın və Azyaşlarıların İşləri İdarəsinin sorğularına cavab verərək lazımi məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlar azyaşlılara qarşı olmuş cinayətlərdə şübhəli bilinən müəyyən şəxslərin kimliklərini təyin etməyə yardımçı olacaq. Hal-hazırda Fransa prokurorluğuna Telegram ilə bağlı dayandırılmış istintaqların yenidən aktivləşdirilməsi məsləhəti verilib.
    Paylaş