Logo
    main-post-cover

    Tesla 14 000 nəfər işçini ixtisar edəcək

    Tech-Biznes
    16.04.2024
    Farid
         Elon Musk-ın sözlərinə əsasən Tesla şirkəti öz işçilərinin 10%-ni ixtisar edəcək. Bu, 14 000 nəfər işçinin işdən azad ediləcəyi deməkdir. Musk bildirib ki, bu qərar şirkətin gələcəkdəki növbəti inkişaf mərhələsinə hazırlıq üçün verilib. Qeyd etmək lazımdır ki, şirkətlər tərəfindən verilən bu cür qərarlar radikal görünsələr də, uzunmüddətli stabilliyin təmin olunması yolunda atılması lazım olan addımlardır. 2023-cü ilin dekabr ayına olmuş statistikaya əsasən Tesla-da ümumilikdə 140 473 nəfər işçi çalışıb.
         Planlaşdırılan ixtisarlar şirkət xərclərinin strateji tənzimlənməsi üçün atılır. Bununla yanaşı bu, növbəti inkişaf mərhələsi və yeni bazarlara çıxış üçün stimul da ola bilər. Son aylar ərzində Tesla səhmlərinin ümumi dəyəri 31% aşağı düşüb. Elektromobil satışları alıcılar arasında məşhurlaşmaqda davam etsə də, satışların artma tempi ümumilikdə ləngiyib. Hal-hazırda Tesla digər şirkətlərlə inanılmaz yüksək rəqabətdədir. Qeyd etmək lazımdır ki, 2023-cü ilin sonuna kimi Çinin BYD şirkəti “dünyanın aparıcı elektromobil istehsalçısı” statusunu Tesla-nın əlindən almışdı.
    Paylaş