Logo
    main-post-cover

    Tim Cook Apple şirkətinə rəhbərlik müddətinə görə Steve Jobs-un rekordunu qırıb

    Tech-Biznes
    04.08.2025
    Emil
         Tim Cook artıq 5093 gündür ki, Apple şirkətinin baş icraçı direktoru vəzifəsini tutur - bu, Steve Jobs-dan daha uzun müddətdir. Steve Jobs isə ümumilikdə 5090 gün bu vəzifədə çalışmışdı. Yaxın zamanda Cook-un istefa verməsi gözlənilmir, çünki hazırda bu vəzifəni öz üzərinə götürməyə tam hazır bir varis görünmür. Üstəlik, yaxın gələcəkdə o, baş icraçı direktoru vəzifəsini Apple-ın direktorlar şurasının sədri vəzifəsi ilə birləşdirə bilər. Steve Jobs Apple-ın baş icraçı direktoru postunu iki dövrdə tutub: birincisi, 1997-ci il 16 sentyabrdan 2000-ci il 5 yanvaradək 841 gün müddətində müvəqqəti rəhbər kimi, ikincisi isə 2000-ci il 5 yanvardan 2011-ci il 24 avqustadək 4249 gün rəsmi direktor kimi. Beləliklə, ümumilikdə 5090 gün Apple-a rəhbərlik edib. Tim Cook isə Steve Jobs-un istefasından dərhal sonra - 2011-ci il 24 avqust tarixində baş icraçı direktoru vəzifəsini tutub və o vaxtdan bəri fasiləsiz olaraq bu vəzifədədir.
         Qeyd edək ki, 1976-1985-ci illər arasında Steve Jobs Apple-ın baş icraçı direktoru olmayıb. Şirkət 1977-ci ildə rəsmi qeydiyyata alındıqdan sonra, vençur investor Mike Markkula təcrübəli bir menecerin cəlb olunmasında israr etmişdi və nəticədə Apple-ın ilk baş direktoru Michael Scott olmuşdu. Onun gedişindən sonra bu vəzifəni əvvəlcə elə Markkula, daha sonra isə Steve Jobs-un şəxsən Pepsi şirkətindən 1983-cü ildə transfer etdiyi John Sculley icra etmişdi. Həmin dövrdə Steve Jobs direktorlar şurasının sədri və Macintosh bölməsinin rəhbəri vəzifələrini tuturdu, lakin baş icraçı direktoru statusunu almamışdı. 1985-ci ildə baş vermiş hakimiyyət mübarizəsi nəticəsində o, rəhbərlikdən kənarlaşdırıldı və şirkəti tamamilə tərk etdi. Baş direktor olduqdan sonra Jobs iMac, iPod, MacBook Air MacBook Pro, Apple TV, iPhone iPad kimi məşhur məhsulların buraxılışına rəhbərlik etdi. Onun dövründə həmçinin iTunes, Mac OS X, Safari, iOS, App Store, FaceTime, iCloud və digər proqram təminatları təqdim olundu.
         O, şirkətin dirçəlməsinə start verdi, Apple-ın öz brend mağazalar şəbəkəsinin qurulmasına təşəbbüs göstərdi və Microsoft-dan 150 milyon dollar dəyərində investisiyanın cəlb olunmasında əsas rol oynadı. Bundan əlavə, Jobs Apple Park kampusunun yaradılması planını formalaşdırdı və Apple-ı ABŞ-da texnologiya sahəsində lider şirkətə çevirdi. Tim Cook isə Apple Watch, AirPods, HomePod, Apple Silicon, AirTagVision Pro-nun debütündə əsas rol oynayıb. Onun rəhbərliyi dövründə Swift proqramlaşdırma dili, Apple Pay Apple Intelligence kimi proqram həlləri istifadəyə verilib, eyni zamanda Apple-ın xidmət sahəsində genişmiqyaslı inkişafı baş verib - Apple Music, Apple TV+, Apple Arcade, Apple News+Apple Fitness+ kimi xidmətlər yaradılıb. Cook 2022-ci ildə şirkətin bazar dəyərini rekord səviyyəyə - 3 trilyon dollara çatdırmağa nail olub və Beats ilə Shazam şirkətlərinin alınması da daxil olmaqla bir sıra iri müqavilələrin təşəbbüskarı olub.
    Paylaş