main-post-cover

    X-in (keçmiş Twitter) dəyəri 78% aşağı düşüb

    Tech-Biznes
    01.10.2024
    Emil Nəcəfov
         Daha öncə Twitter kimi tanınmış X sosial şəbəkəsi 2022-ci ildə Elon Musk tərəfindən 44 milyard dollara alınmışdı. Məlum olub ki, hal-hazırda şirkətin dəyəri bu məbləğin 1/4 hissəsini təşkil edir. Fidelity adlı investisiya şirkətinin təqdim etmiş olduğu son maliyyə məlumatlarına əsasən X-in dəyəri onun Musk tərəfindən alındığı zamandan 78% aşağı düşüb. Məlumatda qeyd edilib ki, hal-hazırda X-in bazar dəyəri 10 milyard dollardan daha az qiymətləndirilir.
         Musk-ın bu sosial platformanı almasından sonra ona 19.66 milyard dollar investisiya yatırmış Fidelity şirkəti indi şirkətdəki payını 4.19 milyard dollar dəyərində qiymətləndirir. X-in dəyərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuş bir sıra faktor mövcuddur. Onların arasında çoxlu sayda reklamçı ilə istifadəçinin platformadan ayrılması və Musk tərəfindən reallaşdırılmış mübahisəli yeniliklər var. Nəticədə Musk sözügedən sosial platformada botların fəaliyyətlərini məhdudlaşdırılmaq və tamamilə aradan qaldırmaq istədiyi halda əksinə onların aktivliklərini daha da artırıb. Bundan əlavə olaraq Musk reklamçılar ilə açıq konflikt yaşamağa başladı. Bu da X-in biznesinə və istifadəçi kütləsinə ciddi mənfi təsir göstərdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
    openai-nin-sosial-media-hesabi-sindirilaraq-saxta-paylasimlar-edilib
    Tesla Cybertruck, Çeçenistan prezidenti tərəfindən üzərinə silah yerləşdirildiyinə görə, uzaqdan söndürülüb!
    tesla-cybertruck-cecenistan-prezidenti-terefinden-uzerine-silah-yerlesdirildiyine-gore-uzaqdan-sondurulub
    Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb
    neuralink-sirketi-blindsight-adli-tecrubi-goz-implanti-hazirlayib
    Elon Musk, Neuralink beyin çiplərini milyonlarla insana implantasiya etməyi hədəfləyir!
    elon-musk-neuralink-beyin-ciplerini-milyonlarla-insana-implantasiya-etmeyi-hedefleyir
    Sızdırılan iPhone 16 təqdimat afişasının saxta olduğu ortaya çıxıb!
    sizdirilan-iphone-16-teqdimat-afisasinin-saxta-oldugu-ortaya-cixib