main-post-cover

    48 MP'lik arxa kameraya sahib Xiaomi smartfonu barəsində yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    10.12.2018
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Xaiomi şirkəti Redmi seriyasının yeni flaqman modeli üzərində çalışır. Bugün isə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Məlumatı Çinin MyDrivers adlı saytı verib. Beləliklə verilən məlumata əsasən yeni flaqman smartfonun LCD ekranı BOE şirkəti tərəfindən istehsal ediləcək. Ekran aağı hissədən nazik çərçivəyə və bugün təqdim olunmuş Galaxy A8s modelindəki kimi ön kameranın yerləşdirilməsi üçün dairəvi hissəyə sahib olacaq. Bir sıra məlumat sızıntılarına inansaq sözügedən smartfon Snapdragon 675 flaqman prosessoru, və Samsung Isocell Bright GM1 markalı 48 MP-lik üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Xiaomi-nin bu smartfonunun artıq gələn ay təqdim olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər