
ABŞ hakimiyyəti də Galaxy Note 7-ə qarşı çıxıb
Elm & Texnologiya
07.05.2017
Farid
ABŞ hakimiyyəti Galaxy Note 7 istifadəçilərini cihazları söndürüb işlətməməyə çağırıb.
Bir neçə vaxt bundan öncə "Samsung” şirkəti batareyaların
partlaması təhlükəsi ucbatından Galaxy Note 7 smartfonlarının satışlarını
dayandırmışdır. ABŞ-ın istehlak malları üzrə təhlükəsizlik komissiyası Galaxy Note 7
sahiblərini smartfonu istifadə etməməyə və onları söndürməyə çağırıb. Bəyanatda
qeyd olunub ki, komissiya "Saumsung”un öz cihazlarını tez bir zamanda geri
çağırması üçün şirkət ilə çalışır. Bundan əlavə olaraq komissiya Galaxy Note
7-nin digər cihaz ilə əvəz olunmasının alıcılar üçün münasib tədbir olub
olmadığını müəyyən edir. Bu cür bəyanatların
səbəbi təbii ki, partlama təhlükəsi ilə qarşı-qarşıya qalmış Galaxy Note 7
batareyaları olub. Qeyd edək ki, 1 Sentyabr tarixinə kimi Galaxy Note 7-nin 35
partlayış hadisəsi müşahidə olunmuşdur. ABŞ-da isə bu hadisələr bir sıra vətəndaşlara
külli miqdarda maddi ziyan vurmuşdur. Avstraliyada olan bəzi aviaşirkətlər isə
hətta təyyarədə cihazdan istifadəni qadağan etmişdilər. Xoşbəxtlikdən bu hadisələr
zamanı heç kim fiziki zərər çəkməyib.
Paylaş
Bənzər xəbərlər