
Acer Chromebook Plus 514 noutbuku təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
03.10.2023
Emil
Acer şirkəti Google ilə birlikdə Acer Chromebook Plus 514 adlı yeni Chromebook-u təqdim edib. Sözügedən yeni noutbuk Google şirkətinin yenicə təqdim etmiş olduğu Chromebook Plus platforması əsasında hazırlanıb. Beləliklə Acer Chromebook Plus 514 modeli 1920x1200 piksel keyfiyyətli 14 düym WUXGA ekranla təchiz olunub. Ekranın yuxarı çərçivəsində Full HD keyfiyyətli veb kamera yerləşdirilib. Sözügedən Chromebook-un gövdəsi MIL-STD-810H7 dözümlülük standartına sahibdir.

Acer Chromebook Plus 514 noutbuku RDNA 2 qrafikasına sahib AMD Ryzen 7000 prosessoru vasitəsilə çalışır və özündə 16 GB-a kimi RAM ilə 512 GB-a kimi SSD-ni birləşdirir. Acer-in sözlərinə əsasən sözügedən chromebook bir dəfə şarj olunandan sonra 12 saat ərzində çalışa bilir. Acer Chromebook Plus 514 özündə 2 ədəd USB 3.2 Type-C, 1 ədəd USB 3.2 Type-A və 1 ədəd HDMI girişini birləşdirir. O həmçinin Wi-Fi 6E və Bluetooth 5.1 texnologiyalarının dəstəklərinə sahibdir. Acer Chromebook Plus 514 bu ayın sonuna kimi satışa çıxacaq və onun qiyməti Avropa bazarında 479 avrodan start götürəcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
