Logo
    AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

    AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

            Bu xəbərdə də yazdığımız kimi Intel şirkəti 10.nəsil Comet-Lake S prosessorlarını istifadəçilərə təqdim etmişdi. AMD də 10.nəsilə bir cavab olaraq yenilənmiş Ryzen prosessorlarını təqdim etdi. Bunlar AMD Ryzen 9 3900 XT, Ryzen 7 3800 XT, Ryzen 5 3600 XT prosessorlarıdır. Matisse Refresh adı verilən yeni prosessorlar daha yüksək tezliklərdə işləyəcəklər.

    AMD-nin yeni Matisse Refresh prosessorları daha yüksək tezliklərdə işləyəcəklər.

            Yeni prosessorlar hal-hazırda satışda olan versiyaları ilə eyni texniki parametrlərdə olacaqlar. Beləki Ryzen 9 3900XT 12 nüvə/24 iş parçacığı, Ryzen 7 3800XT 8 nüvə/16 iş parçacığı və Ryzen 5 3600XT isə 6 nüvə/12 iş parçacığına malik olacaq. Lakin əsas fərq bu 3 prosessor daha yüksək tezliklərdə işləyə biləcəklər və daha təkmilləşdirilmiş overclock xüsusiyyətləri olacaq. Yeni prosessorların tezlikləri əvvəlkilərə nəzərən 200-300 Mhz daha çox olacaq. AMD rəsmilərinin dediklərinə görə bu prosessorlar Intel-in yeni 10.nəsil Core i9, Core i7 və Core i5 prosessorlarına rəqib olacaqlar. Hələlik satış qiymətləri və tarixi bəlli deyil.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir