Logo
    main-post-cover

    Apple əməkdaşlarının bir hissəsi şirkətin ilk qarışıq reallıq cihazının (AR + VR) uğurlu olacağına inanmır

        Gözləntilərə əsasən Apple şirkəti yaxın aylar ərzində öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını satışa çıxaracaq. Lakin The New York Times-ın verdiyi məlumata əsasən bəzi Apple əməkdaşları MR cihazın uğurlu olacağına artıq indidən şübhə ilə yanaşırlar. Apple şirkətinin indiki və keçmiş əməkdaşlarının fikirlərinə istinadən The New York Times bildirib ki, Apple əməkdaşlarının bir hissəsi MR cihazın bazarda uğurlu olması mövzusuna skeptik yanaşır. MR cihazın uğurlu olacağına skeptik yanaşan şirkət əməkdaşlarını narahat edən əsas məsələ cihazın satış qiyməti ilə bağlıdır.
        Belə ki, gözləntilərə əsasən Apple şirkətinin ilk MR cihazı 3000$ satış qiymətinə sahib olacaq. Məlumatda qeyd edilib ki, rəqəmsal musiqini insanların ciblərinə yerləşdirmiş iPod-dan və özündə media player ilə telefon imkanlarını birləşdirmiş iPhone-dan fərqli olaraq MR cihazın konkret bir istiqamət yolu yoxdur. Yəni başqa sözlə desək, MR cihazın istifadəçilərə nəyə görə lazım olduğu aydın deyil. Anonim mənbələrin verdikləri məlumata əsasən bəzi şirkət əməkdaşları MR cihaz layihəsində iştirak etməkdən imtina ediblər. Belə ki, onlar bu məhsulun uğurlu olacağına inanmırlar. Qeyd etmək lazımdır ki, Apple öz ilk qarışıq reallıq cihazını WWDC 2023 konfransı çərçivəsində təqdim edə bilər. Dünən isə xəbər verilmişdi ki, Apple MR cihazın şirkət daxilində təqdimatını keçirdib.
    Paylaş
    Bənzər xəbərlər