
'Apple'ın köhnə iPhone cihazlarını süni şəkildə zəiflətdiyinə görə şirkətə qarşı məhkəmə iddiaları qaldırıldı
Elm & Texnologiya
22.12.2017
Emil
Dünənki verdiyimiz xəbərdə bildirilmişdi ki, “Apple” şirkəti köhnə model iPhone cihazlarının batareyalarının xidmət müddətini uzatmaq üçün sözügedən cihazları süni şəkildə zəiflətdiyini etiraf etmişdi.
Bugün isə şirkətə qarşı bir neçə
məhkəmə iddiası qaldırılıb. İddialarda şirkətin köhnə cihaz istifadəçilərinin
hüquqlarının pozulması qeyd olunur. İlk məkhəmə iddiasını iPhone 7-ə sahib Los
Anceles sakini qaldırıb. Həmin şəxs bir neçə müddət bundan öncə öz cihazında
iOS əməliyyat sisteminin yenilənməsindən sonra smartfonun süni şəkildə zəiflətməsi
funksiyası ilə qarşılaşıb. İddianı qaldırmış şəxs bildirib ki, cihazların süni
şəkildə zəiflətməsi qərarı “Apple” şirkəti ilə istifadəçi arasında
razılaşdırılmayıb.
Bundan əlavə olaraq həmin şəxs bu funksiya sayəsində istifadəçinin
hər il yeni iPhone chazı almasına məcbur etmək üçün istifadə olunması barəsində
şirkəti günahlandırıb. Şirkətdən bu problemdən əziyyət çəkən bütün istifadəçilərə
kompensasiya ödənilməsi və bu funksiyanın dayandırılması tələb olunub. Bundan əlavə
olaraq bir neçə şəxs də şirkətə qarşı bu cür məhkəmə iddiası qaldırıb. Çox
güman ki, yaxın zamanda bu cür məhkəmə iddialarının sayı getdikcə artacaq.
Onların hal hazırki vəziyyətdə aqibətləri isə qeyri-müəyyən şəkildə qalır. Belə
ki, iddialar əsassız sayılır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
