
Biz artıq xəbər vermişik ki, Apple şirkətinin keçən həftə təqdim etmiş olduğu M2 Ultra prosessoru Geekbench testlərindən keçib. İndi isə məlum olub ki, M2 Ultra-nın GPU-su da bençmar testindən keçib və əldə edilmiş test nəticəsi sözün əsl mənasında heyrətləndirir. Belə ki, prosessorun GPU-sunun performansı demək olar NVIDIA GeForce RTX 4080 videokartının performansı səviyyəsindədir. Qeyd etmək lazımdır ki, bu videokart istehlakçı bazarında NVIDIA-nın ikinci ən güclü videokartıdır. Beləliklə M2 Ultra-nın GPU-su Geekbench 6 Metal bençmarkında 220 674 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, NVIDIA GeForce RTX 4080 videokarttı eyni bençmarkda 245 808 xal, M1 Ultra-nın GPU-su isə 150 407 xal toplayır. Beləliklə demək olar ki, M2 Ultra-nın qrafik performansı 50% yüksəlib.