Logo
    main-post-cover

    Apple öz qarışıq reallıq cihazının hazırlanması prosesi üçün yeni işçilərin qəbulunu davam edir

    Elm & Texnologiya
    15.11.2022
    Emil
        Dünən Bloomberg saytının jurnalisti Mark Gurman Apple şrkətinin ilk qarışıq reallıq (MR / Mixed Reality) cihazı barəsində yeni məlumatları təqdim etmişdi. Gözləntilərə əsasən Apple şirkətinin sözügedən cihazı gələn ilin yaz fəslində təqdim olunacaq. Verilmiş yeni məlumata əsasən Apple bu cihazın proqram təminatına da çox böyük diqqət ayırır və bu istiqamətdə yeni işçiləri qəbul edir. Məlumatda qeyd edilib ki, son aylar ərzində şirkət özünün Technology Development Group şöbəsində yeni vakansiyalar elan edib.
        Elan edilmiş yeni vakansiyalar qarışıq reallıq cihazının hazırlanmasını əhatə edirlər. Şirkətə artırılmış virtual reallıq mühitləri üçün nəzərdə tutulmuş kontentlərin yaradılması ilə məşğul olacaq mütəxəssislər lazımdır. Bundan əlavə olaraq Apple 3D mühitdə videoların yazılması texnologiyası üzərində çalışmış ola bilər. Nəticədə bu cür tenxologiya həmin videoları qarışıq reallıq cihazında əks etdirə bilər. Şirkət qarışıq reallıq mühitinin hazırlanmasında maraqlıdır. Lakin Apple şirkətinin aparıcı marketoloqu bir neçə müddət budan öncə qeyd etmişdi ki, şirkət fərdi virtual mühitini metakainat adlandırmayacaq.
    Paylaş
    Bənzər xəbərlər