Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzib etdi

Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzib etdi

Texnologiya
06.12.2019 PAYLAŞIM

    Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iPhone 11 Pro smartfonları hətta geolokasiya funksiyasının deaktiv olması halında da istifadəçilərin yerləşdikləri yerlər barəsində məlumatları yığırlar. Apple şirkəti isə bu cür bəyanata cavab verib. Apple təmsilçiləri iPhone 11 Pro-nun hansı səbəbə görə belə etdiyini açıqlayıblar və qeyd ediblər ki, bu məsələdə istifadəçilərin izlənməsi bəyanatı şişirdilib.

    Bu barədə The Verge saytı xəbər verib. Apple şirkətinin məlumatına əsasən geolokasiya funksiyasının deaktiv edilməsi halında smartfon ekranında geolokasiya ikonunun ortaya çıxmasının əsas səbəbi yeni iPhone modellərində məlumatların ultragenişzolaqlı ötürülməsi üzrə ortaya çıxmış yeni texnologiyadadır. Bu texnologiyanın istifadəsi isə beynəlxalq tələblər ilə nizamlanır. Həmin beynəlxalq tələblər bu texnologiyanın istifadəsinin qadağan olunduğu yerlərdə onun deaktiv edilməsini tələb edir.

    Şirkət təmsilçiləri qeyd ediblər ki, iOS əməliyyat sistemi bəzi vaxtlarda istifadəçinin yerini təyin edir. Bu isə beynəlxalq tələblərin yerinə yetirilməsi üçün edilir. Buna baxmayaraq istifadəçinin yerləşdiyi yer barəsində məlumat birbaşa smartfonun özündə emal olunur və Apple şirkətinə ötürülmür. Yeni iPhone modelləri U1 adlı çip ilə təchiz olunurlar.

    Bu çip peyklərdən, mobil şəbəkə qüllələrindən və digər təchizatlardan istifadə etməyərək AirDrop funksiyası vasitəsilə yaxın məsafədə olan digər bir iOS cihazla məlumat mübadiləsini reallaşdıra bilir. Yuxarıda qeyd olunmuş problemdən yan keçmək üçün istifadəçilərə ayarlar vasitəsilə geolokasiya xidmətinin deaktiv edilməsi məsləhət görülür. Müxtəlif tətbiqlər üçün GPS-in fərdi şəkildə deaktiv edilməsindən fərqli olaraq geolokasiya xidmətinin deaktiv edilməsi halında U1 çipi istifadəçi məlumatlarını yığa bilmir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Qualcomm şirkəti orta səviyyəli Snapdragon 720G, 662 və 460 prosessor modellərin..

Keçən ay Snapdragon 865, 765 və 765G prosessor modellərini təqdim edəndən sonra Qualcomm şirkəti ind..


Adi avtomobilin istehsalından daha ucuz: Tesla Cybertruck-ın istehsalat xərci he..

Keçən ilin noyabr ayının sonunda Tesla şirkəti qeyri adi dizayna sahib Cybertruck adlı elektrikli pi..


Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edi..

Toshiba şirkətinin mühəndisləri müasir kompüterlərin hesablama güclərini nəzərə çarpacaq dərəcədə yü..


Qatlana bilən Galaxy Z Flip-in texniki göstəriciləri barəsində məlumat verildi..

11 fevral tarixində Samsung şirkəti Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə həmçinin Galax..


Samsung-un mobil şöbəsinə yeni rəhbər təyin edildi

Samsung şirkətinin daxilində kadr dəyişikliyi baş verib.


Huawei, Android 10 və EMUİ 10 yenilənmələrini alacaq cihazların siyahısını yayım..

Huawei, qlobal ekosistemdə hansı cihazların Android 10 və EMUİ 10 alacağının göstərildiyi siyahını y..