
Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Apple ilə məhkəmədə görüşəcəyini bildirib. Belə ki, onun sözlərinə əsasən Apple ilk növbədə onun tətbiqini App Store-dan silib və daha sonra tətbiqdəki funksiyanı Watch Series 7 smart saatı üçün kopyalayıb. Qeyd etmək lazımdır ki, sözügedən smart saat modelinin təqdimatı zamanı Apple bildirmişdi ki, Watch Series 7-də mesajlara swype etməklə cavab vermək mümkün olacaq. Bu ilin mart ayında Apple şirkəti Kosta-nın FlickType adlı tətbiqini App Store-dan silmişdi. Onun yaratdığı FlickType adlı tətbiq məhz yuxarıda qeyd edilmiş funksiyanı yerinə yetirirdi. Tətbiqin App Store-dan silinmə səbəbi kimi Apple tətbiq interfeysinə olan tələblərin guya yerinə yetirilməməsini qeyd etmişdi.
Huawei şirkəti öz videokartlarını istehsal edəcək
FlickType tətbiqi məsələsində Apple tərəfindən Kosta-ya göndərilmiş məktub:
Tərtibatçının sözlərinə əsasən daha əvvəllər şirkət sözügedən tətbiqin alınması üçün ona müraciət edib. Lakin Kosta bu təklifdən imtina edib. Məhz bu imtinadan sonra problemlər yaranmağa başlayıb. Məsələn tətbiqin App Store-dakı səhifəsində neqativ rəylər ortaya çıxmağa başlamışdı. Nəticədə tərtibatçı öz tətbiqinin Apple tərəfindən kopyalanmasına və ədalətsiz rəqabətə görə şirkəti məhkəməyə verməyi planlaşdırır.
Şərh yoxdur