main-post-cover

    Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı yay fəslinin əvvəlində anons edilə bilər

    Elm & Texnologiya
    06.01.2023
    Emil Nəcəfov
        Müxtəlif mənbələr artıq dəfələrlə məlumat veriblər ki, Apple şirkəti hal hazırda özünün ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı üzərində çalışır. Apple şirkətinin məhsulları barəsində doğru çıxmış proqnozları ilə tanınan məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən şirkət öz ilk MR cihazını artıq bu il təqdim edəcək. Məlumata əsasən şirkət ilk öncə cihazı qış fəslində anons etmək istəyirdi. Lakin cihazın mexaniki komponentlərinin testləri ilə yaranmış problemlər səbəbilə şirkət MR cihazın anonsunu təxirə salmalı oldu.
        Analitikin sözlərinə əsasən əgər heç bir dəyişiklik olmasa şirkət öz ilk MR cihazını ya yaz fəslində ya da yay fəslinin əvvəlində baş tutacaq WWDC 2023 tədbirində anons edəcək. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə The Information saytı Apple şirkətinin MR cihazı barəsində bəzi yeni məlumatları təqdim etmişdi. Təqdim edilmiş məlumatlarda qeyd edilmişdi ki, MR cihaz xarici batareya vasitəsilə çalışacaq və həmin batareya istifadəçinin kəmər hissəsinə bərkidiləcək. MR cihaz isə öz növbəsində batareyaya naqil vasitəsilə qoşulacaq. Gözləntilərə əsasən MR cihaz Sony istehsalı olan micro-OLED ekranlarla təchiz olunacaq və Apple şirkətinin fərdi servislərini dəstəkləyəcək. Şirkətin ilk MR cihazının 3000$ qiymətində satışa çıxacağı güman edilir.
    Linki kopyala