Elm & Texnologiya arxivi
11009 xəbər, 551 səhifə - 43-ci səhifə
Elm & Texnologiya
ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb
ABŞ-ın Northwestern Universitetinin alimləri dünyada ən kiçik ürək ritm tənzimləyicisini (kardiostimulyator) təqdim ediblər - onun ölçüsü düyü dənəsi ilə müqayisə oluna bilər.
Elm & Texnologiya
James Webb erkən kainatda çoxlu sayda "ölü" qalaktika kəşf edib
Erkən kainatda yalnız gənc və aktiv qalaktikaların mövcud olacağı gözlənilirdi, lakin yeni müşahidələr bu fikri təkzib etdi. James Webb kosmik teleskopu, Böyük partlayışdan sonrakı ilk 1 milyard il ərzində özlərində yeni ulduzların yaranması prosesinin dayanmış olduğu çox sayda ölən qalaktika aşkarlayıb.
Elm & Texnologiya
Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)
Çində təkmilləşdirilmiş ümumi təyinatlı süni zəka sistemi ilə təchiz olunmuş ilk humanoid (insanabənzər) robot - TongTong 2.0 təqdim olunub.
Elm & Texnologiya
Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər
Tədqiqatçılar Marsın sərt şəraitində yaşaya biləcək bir Yer mənşəli həyat forması müəyyən ediblər ki, bu da gələcəkdə insanların Qırmızı Planetdə koloniyalar qurmalarına potensial olaraq kömək edə bilər.
Elm & Texnologiya
Torlu qişanın zədələnməsi halında görmə qabiliyyətinin bərpası dərmanı hazırlanıb
Cənubi Koreya alimləri tor qişanın müxtəlif degenerativ xəstəlikləri səbəbilə görmə qabiliyyətini itirmiş insanlarda görməni bərpa etmək üçün təcrübi dərman təqdim ediblər.
Elm & Texnologiya
Daha öncə Yer üçün təhlükəli olan asteroidin Ay ilə toqquşma...
Bir neçə müddət öncə kəşf edilmiş 2024 YR4 asteroidinin təhlükə dərəcəsini qiymətləndirmək üçün NASA agentliyi ən qabaqcıl alətindən - James Webb kosmik teleskopundan istifadə edib.
Elm & Texnologiya
Çinlilər "süni Günəş"in işə salınmasına çox yaxındırlar
Məlumata əsasən 2 il əvvəl təkmilləşdirilmiş Çin tokamakı Huanliu-3 (HL-3) Çendu şəhərində öz-özünü dəstəkləyən termonüvə reaksiyasının işə düşməsi həddinə yaxınlaşıb.
Elm & Texnologiya
İqlim dəyişikliyi dünya iqtisadiyyatının 40%-ni məhv edə bilər
Yeni tədqiqat göstərir ki, iqlim dəyişikliyi dünya iqtisadiyyatına inanılmaz dərəcədə ziyan vuracaq. Üstəlik, alimlər hesab edirlər ki, bu ziyanın miqyası çox güman ki, indiyədək yetərincə qiymətləndirilməyib - dünya iqtisadiyyatının 40%-ə qədəri zərər görəcək.
Elm & Texnologiya
Təcrübi beyin implantı fikirləri sürətli şəkildə nitqə çevirə bilir
Danışmaq qabiliyyətini itirmiş pasientlər, əgər düşünülmüş sözlərin səsli nitqə çevrilməsi üzrə yeni texnologiya kliniki istifadəyə qədər çatdırılarsa, yenidən aktiv nitqi ünsiyyətə qayıda bilərlər.
Elm & Texnologiya
SpaceX-in Crew Dragon kosmik gəmisi mülki ekipajla birlikdə ilk dəfə...
SpaceX şirkəti Fram2 adlı özəl pilotlu missiyanın həyata keçirilməsinə başlayıb. Bu missiya çərçivəsində Crew Dragon kosmik gəmisi ilk dəfə olaraq tamamilə mülki ekipajla Yer kürəsini qütblər ətrafında dövrə vuraraq qütb orbitinə çıxacaq.
Elm & Texnologiya
ABŞ-da dünyanın ən balaca uçan robotu hazırlanıb
Robototexnikanın miniatürləşdirilməsı texnoloji inkişafla məhdudlaşır. Avtonom robot enerji mənbəyi, idarəedici elektronika və hərəkətverici mexanizmlərlə təchiz olunmalıdır ki, bunlar da birlikdə onun çəkisini və ölçülərini müəyyənləşdirir.
Elm & Texnologiya
Qaranlıq maddə planetləri qızdıra və onların fırlanma sürətini artıra bilər
Astronomlar qaranlıq maddənin nə olduğunu bilmirlər, amma onun mövcudluğuna demək olar ki, əmindirlər. Buna qalaktikaların fırlanması, qravitasiya linzalanması və fon radiasiyasının dalğalanmalarının analizi işarə edir.
Elm & Texnologiya
Özündə su birləşdirən Yer kürəsinə bənzər ekzoplanet kəşf edilib
Astronomlar “Super Yer” sinfinə aid olan yeni bir planet kəşf ediblər və bu kəşf kainatda diametri Yerin diametrindən iki dəfə böyük olan planetlərin niyə demək olar ki, olmadığını izah etməyə kömək edir.
Elm & Texnologiya
Peyk rabitəsi mövzusunda Apple ilə Elon Musk arasında münaqişə formalaşıb
Apple və Elon Musk-ın SpaceX şirkəti arasında, çətin çatılan və ucqar bölgələrdə rabitə xidmətlərinin göstərilməsi üçün tezlik spektrindən istifadə uğrunda rəqabət fonunda münaqişə dərinləşir.
Elm & Texnologiya
Neuralink Blindsight göz implantının insanlar üzərində testlərinə bu il başlaya...
Bir neçə müddət öncə Elon Musk elan etdi ki, onun Neuralink şirkəti bu ilin sonuna qədər öz görmə protezi olan Blindsight-ın insanlar üzərində sınaqlarına başlamağa ümid edir.
Elm & Texnologiya
Planetimizdəki bütün su ehtiyatları sürətlə tükənir
Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan “əhəmiyyətli” miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir.
Elm & Texnologiya
Çinlilər insanabənzər robotlar sahəsində Tesla və Boston Dynamics-i geridə qoymağa...
ABŞ-da Tesla və Cənubi Koreyalı investor tapan Boston Dynamics startapı insanabənzər robotlar bazarının potensial liderləri hesab olunurlar. Lakin Çin şirkətləri sürətlə qlobal lider statusuna yaxınlaşır və analitiklərin fikrincə, elektrikli avtomobil bazarındakı uğuru insanabənzər robotlar seqmentində də təkrarlamaq üçün bütün imkanlara malikdirlər.
Elm & Texnologiya
Çin irimiqyaslı kosmik missiyalar üzərində çalışır
Çin uzaq kosmosun araşdırılmasına yönəlmiş, yadplanetli həyat və planetlərdə yaşayış qabiliyyətini araşdırmağı hədəfləyən uzunmüddətli strategiya hazırlayır.
Elm & Texnologiya
Yeni plastik material bir gecəyə suda parçalanır
Yaponiyadakı Fiziki-Kimyəvi Tədqiqatlar İnstitutunun alimləri supramolekulyar polimerlər əsasında hazırlanmış yeni plastik material yaradıblar.
Elm & Texnologiya
İlk dəfə insan bədəninə donuz qaraciyəri köçürülüb
Çinli alimlər beyin ölümü keçirmiş bir insanın orqanizmində 10 gün ərzində fəaliyyət göstərmiş uğurlu qaraciyər ksenotransplantasiyası barədə məlumat veriblər.