main-post-cover

    Aşağı büdcəli smartfonlara son: HTC yalnız flaqman və orta büdcəli smartfonlar istehsal edəcək

    Elm & Texnologiya
    18.12.2018
    Farid Pardashunas
        Dünən HTC şirkəti Desire 12S adlı smartfonu təqdim etdi. Çox güman ki, o, şirkətin sonuncu aşağı büdcəli smartfon modeli olacaq. HTC Taiwan-ın prezidenti Darren Chen-in sözlərinə əsasən bundan sonra şirkət öz diqqətini flaqman və orta büdcəli smartfonlara ayıracaq. Bu isə o deməkdir ki, şirkət aşağı büdcəli smartfonlardan imtina edir. Bu baxımdan yeni smartfon modellərini çox gözləməyə ehtiyac qalmayacaq. Belə ki, şirkət öz yeni məhsullarını artıq gələn ilin birinci yarısında təqdim edəcək.
        HTC şirkətinin fikrincə bu cür strategiya sayəsində şirkət öz satışlarını yüksəldəcək və yenidən qazanc əldə etməyə başlayacaq. Bununla belə bəzi mənbələrin verdikləri məlumatlara əsasən şirkətin planları iddialıdır. Belə ki, HTC şirkəti Apple ilə rəqabət aparmaq niyyətindədir. Faktiki olaraq hansısa inqilab gözləməyə dəyməz. Çünki şirkət əvvəllər də flaqman smartfon modellərinə öz diqqətini ayırırdı.
        Lakin ola bilər ki, gələcəkdə şirkət öz məhsullarına hansısa innovasiyalı texnologiyalar əlavə etsin və smartfon modellərinin qiymətlərini aşağı salsın. Bu halda hansısa uğurun əldə olunmasına və iPhone ilə rəqabətə ümid etmək olar. Əks halda şirkətin mobil biznesi indiki kimi aşağı düşməyə davam edəcək və iPhone ilə rəqabət şirkət üçün sadəcə olaraq bir fantastika olaraq qalacaq. Hər halda Darren Chen-in bəyanatı həmçinin onu bildirir ki, şirkət smartfon istehsalından imtina etmək niyyətində deyil. Lakin bir sıra analitiklər əmindirlər ki, gec-tez bu baş verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər