Logo
    main-post-cover

    ASUS ROG Swift OLED PG32UCDM adlı növbəti gaming monitorunu təqdim edib

        Dünən ASUS şirkəti özünün ROG brendi altında yeni gaming monitorunu təqdim etdi. Söhbət, ASUS ROG Swift OLED PG34WCDM-dən gedir. İndi isə məlum olub ki, şirkət daha bir gaming monitorunu təqdim edib. Təqdim edilmiş ikinci gaming monitoru ASUS ROG Swift OLED PG32UCDM adını əldə edib. İkinci gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K Ultra HD keyfiyyətli 31.5 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Lakin bu cür parlaqlıq səviyyəsi yalnız HDR rejimini əhatə edir.
        Bununla yanaşı monitorun ekranı NVIDIA G-SYNC AMD FreeSync Premium texnologiyalarını dəstəkləyir. Bu monitorun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun fərdi soyutma sistemi var. Soyutma sistemi OLED ekranın yanmaması üçün nəzərdə tutulub. ASUS ROG Swift OLED PG32UCDM özündə DisplayPort 1.4, HDMI 2.1USB-C girişlərini birləşdirir. USB-C girişi isə həmçinin Power Delivery protokolunu dəstəkləyir. Bu isə o deməkdir ki, sözügedən giriş vasitəsilə digər cihazları şarj etmək mümkündür. ASUS ROG Swift OLED PG32UCDM gələn ilin birinci rübündə satışa çıxacaq. Onun satış qiyməti barəsində məlumat təqdim edilməyib.
    Paylaş
    Bənzər xəbərlər