
.az Domenində necə sayt açmaq olar? Üstün tərəfləri nələrdir?
Elm & Texnologiya
07.05.2017
Farid
Əvvəla bu məqaləni oxuduğunuz saytın, "Technote.az”ın domen sonluğunun .Az olduğunu diqqətinizə çatdırmaq istəyirik.
Azərbaycanda fəaliyyət göstərib Azərbaycan
istifadəçi kütləsi toplamağa çalışan hər qurum kimi bizdə hədəfimizə qismən də
olsa bu domen sonluğunun bizə yaratdığı üstünlüklərdən istifadə edərək
çatmışıq.
Bəs bu üstünlüklər nələrdir? .com, .org, .net və s. domenlərlə .Az domeninin fərqi nədədir?
Qeyd
edək ki, .az domeni Azərbaycan dövlətinin rəsmi internet domen
zonasıdır. Yəni dünya internet aləmində .az domeni ilə fəaliyyət göstərən
saytların Azərbaycan əsaslı olduğunu anlamaq olur. Bu .az domeni seçmək üçün
ilk səbəbdir. Əlavə olaraq əgər siz heç yerdə istifadə edilməyən və ya şirkətinizin
adı ilə birəbir eyni olan domen adı axtarırsınızsa .com və digər domen
zonalarında bu domenin boş olması, yəni hələki heç kim tərəfindən qeydiyyatdan
keçirilməməsi çox çətin rast gəlinən bir haldır. Lakin .az domenində bu seçim
haqqınız daha böyük ehtimal çərçivəsindədir və siz istədiyiniz domeni rahatlıqla əldə
edə bilərsiniz. Bunun üçün bu linkdəki axtarış bölməsindən istifadə edə bilərsiniz
ki, domen adının boş olub-olmadığını biləsiniz.
.Az
domeni almaq üçün digər bir səbəb isə Azərbaycan vətəndaşları tərəfindən ilk
olaraq önəm verilən domen zonasının bu olmasıdır. Yəni Azərbaycan vətəndaşları .Az domeninin rəsmi domen zonası olduğunu
bildikləri üçün belə saytlara etibar edirlər.
Hazırda
Azərbaycan internet mühitində "domen satıram, server kirayələyirəm və s." başlıqlarla fırıldaqçı fəaliyyət göstərən yüzdən artıq sayt mövcuddur. Sözügedən
.az domeni satışı isə "İntrans” tərəfindən sadəcə iki şirkətə verilmişdir ki,
bunlardan birini sizlərin diqqətinizə çatdırmaq istəyirik. "SmartHost” Azərbaycan
domen zonası olan ".az”ın rəsmi qeydiyyat mərkəzidir və bütün satış icazələrinə
malikdir.
Bəs .AZ domeni ilə necə sayt əldə edə bilərsiniz?
.Az
domen zonası ilə sayt əldə etmək üçün,
bu domen zonasının rəsmi satış nöqtəsi olan SmartHost.az şirkətinə müraciət etmək
lazımdır. Lakin bu müraciət online formada həyata keçirilir. Çox sadə formada,
online olaraq doldurulan müraciət forması və edilən ödəniş sonrasında artıq
sizində şəxsi saytınız ola bilər. "Saytdan necə pul qazanmaq olar” barədə bu məqaləmizə
də baş çəkməyinizi məsləhət görürük.
Paylaş
Bənzər xəbərlər