Logo
    main-post-cover

    Bitcoinin qiyməti daha da qalxaraq yeni rekorda imza atdı

    Bir neçə gün ərzində bitcoinin qiyməti 9000$ keçərək 10.000$-ə çatdı və sürətlə yüksəlməyə davam edir.
    Coinmarketcap servisinin məlumatlarına əsasən bugün bitcoinin qiyməti 11.000$-ı keçib. Bununla belə Koreya birjalarında bitcoinin qiyməti 12.000$-dan çoxdur. İlin əvvəlindən bu günə kimi bitcoinin qiyməti 11 dəfə yüksəlib. Onun kapitalizasiyası isə 180 milyard dolları keçib. Bu isə bütün kriptovalyutalar bazarının (55.4%) yarısıdır. Bundan əlavə olaraq verdiyimiz xəbərdə qeyd edilib ki, bitcoinin qiymətinin yüksəlməsi fonunda məşhur Coinbase servisində 300.000 yeni bitcoin portmanatı qeydiyyatdan keçib.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...