main-post-cover

    Bu səfər Windows 10 ƏS-i Xiaomi Mi 6 smartfonuna quruldu

    Elm & Texnologiya
    14.04.2020
    Nijat Hamid
            Daha əvvəl tərtibatçıların iPhone X modelinə Windows 10 əməliyyat sisteminin qurulmasını bacardıqlarını yazmışdıq. (Oxu) Bu səfər isə tərtibatçılar Xiaomi-nin köhnə flaqman modellərindən biri olan Xiaomi Mi 6 smartfonuna Windows 10 əməliyyat sistemini qurdular. Qeyd edək ki, daha əvvəl də Snapdragon 820 mobil prosessorunu istifadə edən smartfonlara Windows 10-un qurulduğunu görmüşdük. 

    Snapdragon 835 çipsetini istifadə edən Xiaomi Mi 6 smartfonuna Windows 10 x64 ARM əməliyyat sistemi quruldu!

     o
            Windows 10 x64 ARM əməliyyat sistemi kompüterlərdə istifadə etdiyimiz Windows 10 ilə tamamilə eynidir. Smartfona əməliyyat sistemini qurduqdan sonra ekrana gələn ilk görüntü yazı dilinin seçimləri oldu. Bu smartfonda Snapdragon 835 kimi güclü bir prosessor var. Lakin əməliyyat sisteminin Mi 6 smartfonunda necə işlədiyi haqqında, performans və stabillik haqqında məlumat verilmədi.
            Daha əvvəldə Qualcomm tərəfindən Snapdragon 820 prosessorlu sistemlərdə Windows 10 ARM sisteminin işlədiyi görüntülər paylaşılmışdı. Standart kompüterdə olduğu kimi SoC 820 prosessoru müxtəlif oyunları rahatlıqla aça bilirdi. Təxminlərə görə bu mobil prosessor Intel şirkətinin Core i3 prosessorları səviyyəsində idi. Həmçinin 4K videoları da dəstəkləyirdi. Göründüyü kimi artıq demək olar ki, mobil prosessorlar kompüter prosessorları ilə yarışa biləcək səviyyəyə gəlib çatır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər