main-post-cover

    Galaxy Note 10-nun keyfiyyətli render fotoları təqdim olundu

    Elm & Texnologiya
    06.06.2019
    Farid Pardashunas
        Hələ bugün Galaxy Note 10 smartfon modelinin qiymət göstəricisinin ortaya çıxmasına baxmayaraq OnLeaks ləqəbi ilə tanınan məşhur insayder sözügedən smartfon modeli barəsində yeni əlumatları verib və Galaxy Note 10 modellərindən birinin keyfiyyətli render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş keyfiyyətli render fotolarında adi Galaxy Note 10 modeli əks olunub. Beləliklə smartfon genişformatlı ekran ilə təchiz olunacaq və ekranın kənarları əyilmiş şəkildə olacaq.

        Bununla yanaşı render fotolarından da görmək olar ki, smartfon ekranının üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşəcək və həmin hissə ekranın yuxarısının mərkəzində quraşdırılacq. Bununla yanaşı həmin hissə Galaxy S10-dakından diametrcə daha kiçik olacaq. Smartfon şarj prosesi üçün USB-C girişi, stereosəsgücləndiricilər və üçlü arxa kamera əldə edəcək. Çox güman ki, birinci kamera modulu adi, ikinci kamera modulu teleobyektiv, üçüncü kamera modulu isə genişformatlı obyektiv olacaq.

        Qeyd etmək lazımdır ki, Galaxy Note 10 Pro modeli daha bir kamera modulu əldə edəcək və o, ToF modulu olacaq. Onu da qeyd etmək lazımdır ki, Galaxy Note 10 modelində həmçinin qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsi və Bixby səsli köməkçini işə salacaq ayrıca düymə olmayacaq. Məlumata əsasən Galaxy Note 10 modeli 3040x1440 piksel keyfiyyətli 6.3 düym Dynamic AMOLED ekrana (HDR10+ dəstəkli) sahib olacaq.

        Ekranda həmçinin ultrasəs texnologiysı ilə hazırlanmış barmaq izi skanı texnologiyası olacaq. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 855 / Exynos 9820 prosessoru, 8/12 GB RAM, 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yğma texnologiyası və OnePlus 7 ilə OnePlus 7 Pro-dakı kimi UFS 3.0 formatlı daxili yaddaş həcmi ilə təchiz olunacaq. Galaxy Note 10 seriyasının avqust ayında təqdim olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, həmin təqdimatda 4 ədəd Galaxy Note 10 modeli təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər