main-post-cover

    Google öz ilk smart saatı olan Pixel Watch-u təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    06.10.2022
    Farid Pardashunas
        Google şirkəti Pixel 7 və Pixel 7 Pro smartfonları ilə yanaşı həmçinin öz ilk smart saatını da təqdim edib. Şirktin ilk smart saat modeli Pixel Watch adını əldə edib. Smart saat qeyri-adi dizayn əldə edib və bunun hesabına o, digər istehsalçıların smart saatlarından fərqlənir. Lakin Pixel Watch-un sahib olduğu imkanlar ilə funksiyalara gəldikdə isə onlar demək olar digər bütün smart saatlarda mövcuddur. Paslanmaz polad materialdan hazırlannış 41 mm ölçülü dairəvi gövdəyə sahib Pixel Watch xarici görünüşcə dəniz daşını xatırladır. Smart saat 1.2 düym AMOLED ekran ilə təchiz olunub və o, kənarları boyunca bir qədər əyilmiş şüşə materialın alt hissəsində yerləşir. Bununla yanaşı ekran Always on Display funksiyasını dəstəkləyir.
        Smart saatın gövdəsinin sağ hissəsində bir ədəd adi düymə və bir ədəd hərəkətli düymə yerləşdirilib. Smart saatın kəməri həmçinin dəyişdirilə biləndir. Pixel Watch-un gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Bu isə o deməkdir ki, smart saatı 50 metr su dərinliyinə endirmək mümkündür. Əsas texniki göstəricilər baxımından Pixel Watch Exynos 9110 prosessoru, 2 GB RAM 294 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən sözügedən batareya vasitəsilə smart saat 24 saat ərzində şarj olunmadan çalışa bilər. 50% enerjini yığmaq üçün isə saata 30 dəqiqə vaxt lazım olur.
        Pixel Watch-da reallaşdırılmış maraqlı özəlliklərdən biri də düşüşün təyin edilməsidir. İstifadəçi hər hansısa səbəbə görə yıxıldığı zaman smart saat bunu təyin edir və avtomatik şəkildə fövqəladə hallar xidməti əlaqə saxlayır. Bu funksiya iPhone 14 modellərində nəqliyyat vasitəsinin qəzaya uğramasının təyini funksiyasına bənzəyir. Lakin bu funksiya yalnız gələn il aktivləşdiriləcək. Bununla yanaşı Pixel Watch ürək döyüntülərini ölçə, elektrokardioqrafiyanı reallaşdıra, qandakı oksigen və şəkər miqdarını təyin edə bilər. Smart saat özündə həmçinin GPS modulu, NFC çipi, Bluetooth-u və Wi-Fi texnologiyasını birləşdirir. Pixel Watch WearOS əməliyyat sistemi vasitəsilə çalışır. Smart saatın eSIM dəstəyinə sahib modeli də mövcuddur. Beləliklə Pixel Watch 13 oktyabr tarixində ABŞ-da satışa çıxacaq. Wi-Fi dəstəkli model 350$-a, eSIM dəstəkli model isə 400$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər