main-post-cover

    Google şirkəti Android sisteminin yenilənmə prosesinin yeni üsulunu test edir

    Elm & Texnologiya
    16.04.2019
    Farid Pardashunas
        Google şirkəti Android Q əməliyyat sisteminin ikinci beta versiyasında Android sisteminin yenilənmə prosesinin yeni üsulunu test edir. Bu barədə Reddit saytına istinadən Gagadget saytı xəbər verib. Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Google şirkəti Android əməliyyat sisteminin yenilənməsi üzrə yeni üsulun işə salınması üzərində çalışır.
        Yeni üsulun əsas məğzi ondadır ki, istifadəçi öz smartfonundakı Android-i Google Play mağazası vasitəsilə yeniləyə biləcək. Görünür, bu məlumat öz təsdiqini tapıb. Belə ki, bu barədə Reddit saytının istifadəçilərindən biri bildirib. Həmin istifadəçi özünün Google Pixel 3 smartfonunda Android sisteminin Google Play Store mağazası vasitəsilə yenilənməsi funksiyasını aşkar edib. Bu, Google Play-də adi tətbiq yenilənməsi prosesini xatırladır.

        İstifadəçinin smartfonu yeni Android yenilənməsini yükləyib və daha sonra avtomatik olaraq yenidən işə düşüb. Bu prosesin necə çalışması və bu cür funksiyanın hansı üstünlüklərə sahib olması barəsində hələki heç bir məlumat yoxdur. Çox güman ki, bu barədə ətraflı məlumat 7 may tarixində start götürəcək Google I/O 2019 tədbirində veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər