
"Google"un 15 uğursuz layihəsi. İkinci hissə
Elm & Texnologiya
07.05.2017
Farid
Hər bir şirkətin böyük uğurlarının arxasında həmçinin bir
çox uğursuzluqları da dayanır. Həmin uğursuzluqlardan nəticə çıxardaraq bir çox
şirkətlər daha doğru hərəkət edir və nəticədə milyonların hörmətini və sevgisini
qazanırlar. "Google” şirkətinin 15 uğursuz layihəsinin birinci hissəsi haqqında
danışmışdıq. İndi isə ikinci hissəni təqdim edirik.
Google Wave
Google WaveGoogle Wave brauzer vasitəsilə istifadə olunan messencer idi. Təcrübi servis eyni
zamanda həm çat, həm elektron poçt, həmdəki messencer rolunu oynayırdı. Bu qəribə
servis üzrə işlər 2007-ci ildən bəri aparılırdı. Lakin tələbatın olmadığı üçün
şirkət servisi bağlamalı oldu.
Google Video
Google Videoİndi bir çoxları bilmir. Lakin YouTube-un alınmasından öncə "Google”
öz videoservisinə sahib idi. Onun adı Google Video idi. Layihə hələ 2005-ci
ilin Yanvar ayında istifadəyə verilmişdi. 2006-cı ildə şirkət YouTube-u alandan
sonra bir müddət ərzində hər iki servis paralel olaraq çalışırdı. 2009-cu ildə
Google Video öz aktuallığını itirdi. 2012-ci ildə isə tamamilə bağlandı.
Google Nexus Q
Google Nexus QGoogle Nexus Q Android platformasında çalışan mediaplayer
cihazı idi. O, 2012-ci ildə təqdim olunmuşdu. Google Nexus Q ev media sistemləri
üçün nəzərdə tutumuş cihaz rolunu oynayırdı. Məsələn televizora qoşularaq cihaz
YouTube-dan video və audio axını təmin edə bilirdi. İdeya əslində çox yaxşı
idi. Lakin satışa çıxmasından sonra istifadəçilər cihazı qəliz funksionallığına
görə tənqid edirdilər. 2012-ci ilin Oktyabr ayında layihəyə son qoyuldu.
Google X
Google XGoogle X cəmi bir gün ərzində fəaliyyət göstərmiş alternativ
axtarış sisteminin qəribə interfeysi idi. İnterfeys Mac OS X əməliyyat sistemini
xatırladırdı. O, 16 art 2005-ci ildə fəaliyyətə başladı və həmin gündədə fəaliyyətini
dayandırdı. Günümüzdə Google X şirkətin müşahidə laboratoriasının adıdır.
Google Health
Google HealthGoogle Health şirkətin səhiyyə sahəsinə qatılmasının uğursuz
cəhdidir. Servis, özünü böyük tibbi məlumatların saxlandığı yer kimi təqdim
edirdi. Şirkətin bildirdiyinə görə Google Health böyük rəğbət qazana bilmədi.
Buna görədə 2012-ci ilin Yanvar ayında servis bağlandı.
Paylaş
Bənzər xəbərlər