
"Google"un 15 uğursuz layihəsi. Üçüncü hissə
Elm & Texnologiya
07.05.2017
Farid
"Google” şirkətinin 15 uğursuz layihəsi siyahısnın sonuncu
hissəsini sizlərə təqdim edirik. Həmin siyahının birinci və ikinci hissələrini
də oxumağı unutmayın. Beləliklə görəcəksiniz ki, uğursuz şirkət yoxdur.
Uğursuzluqdan nəticə çıxartmayan şirkətlər vardır. Lakin "Google” onların
arasında deyil.
Google Reader
Google ReaderGoogle Reader 2005-ci ildən 2013-cü ilə kimi mövcud olmuş xəbər
aqreqatorudur. İstifadəçilər Google Reader platformasının daxili axtarış
mexanizmi vasitəsilə xəbər lentlərini izləyirdilər. Layihə çox məşhur idi.
Lakin son illər ərzində onun hədəf kütləsi azaldı və servis bağlandı.
Google Catalogs
Google CatalogsGoogle Catalogs internetdə malların alış-veriş prosesini
rahtlaşdıran və planşetlər üçün nəzərdə tutulmuş bir tətbiq idi. Layihə 2013-cü
ildə təqdim olunmuşdu. Lakin istifadəçi azlığına görə tətbiq 2015-ci ildə
bağlandı.
iGoogle
iGoogleiGoog servisi Google-ın əsas səhifəsini təkmilləşdirmək
üçün nəzərdə tutulmuşdur. Servis hələ 2005-ci ildə yaradılmışdır. Onun vasitəsilə
istifadəçilər Google-ın xarici görünüşünü istədikləri kimi dəyişə bilirdilər.
iGoogle servisi Google Chrome brauzerinin çıxışından sonra mənasız bir layihəyə
çevrildi. Belə ki, onda olan xüsusiyyətlər artıq brauzerdə var idi.
Google Orkut
Google OrkutGoogle Orkut şirkət əməkdaşlarının boş zaman ərzində
çalışaraq yaratdıqları sosial şəbəkə idi. Bu sosial şəbəkə 2014-cü ildə
istifadəyə verildi və daha çox Braziliya və Hindistanda məşhur idi. Təbii ki,
Facebook-un böyüdüyü bir vaxtda Orkut-un heç bir şansı yox idi. 2014-cü ildə
sosial şəbəkə bağlandı.
Google Notebook
Google NotebookGoogle Notebook Google Docs.-un ilk versiyası kimi hesab etmək
olar. Sözügedən platforma onlayn mənbələrlə iş zamanı məlumatların yazılması və
yaddaşda saxlanması üçün asan şərait yaradırdı. Servis 2006 ildə təqdim
edilmişdir. Lakin 2012-ci ildə o bütün məlumatları ilə bir yerdə Google Docs. funksionallığının
bir hissəsi oldu.
Paylaş
Bənzər xəbərlər