main-post-cover

    Hansı Samsung cihazları Android Q əməliyyat sistemini əldə edə bilərlər?

    Elm & Texnologiya
    12.05.2019
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Huawei şirkəti rəsmi olaraq Android 10 (Android Q) əməliyyat sistemini ilk olaraq hansı smartfonların əldə edəcəyini elan edib. İndi isə sözügedən əməliyyat sistemini hansı Samsung smartfonlarının əldə edəcəkləri barəsində məlumat ortaya çıxıb. Bu barədə Androidpolice saytına istinadən 4pda saytı xəbər verib.
        Bu məlumat rəsmi deyil. Lakin SamMobile saytı Samsung şirkətinin öz smartfonlarını dəstəkləməsi siyasəti əsasında Android 10 əməliyyat sistemini Samsung smartfonlarından hansılarının böyük ehtimal ilə əldə edəcəkləri siyahısını tərtib edib. Beləliklə aşağıda təqdim olunmuş siyahıdakı Samsung smartonlarının Android 10 əməliyyat sistemini əldə edəcəkləri ehtimalı yüksəkdir:
    - Galaxy Fold
    - Galaxy S10 / S10 Plus / S10e
    - Galaxy S9 / S9 Plus
    - Galaxy Note 9
    - Galaxy A9 (2018)
    - Galaxy A7 (2018)
    - Galaxy A6 (2018) / A6 Plus (2018)
    - Galaxy A80
    - Galaxy A70
    - Galaxy A50
    - Galaxy A40
    - Galaxy A30
    - Galaxy A20
    - Galaxy A20e
    - Galaxy A10
    - Galaxy J6 / J6 Plus
    - Galaxy J8 / J8 Plus
    - Galaxy M10
    - Galaxy M20
    - Galaxy M30
    - Galaxy Tab S4
    - Galaxy Tab S5e
    - 10.1 düym ekranlı Galaxy Tab A (2018)
    - 10.5 düym ekranlı Galaxy Tab A (2018).
    Samsung şirkətindən söhbət gedirsə bu siyahı heç də final siyahı deyil və o, Samsung şirkətinin yekun planından tamamilə fərqlənə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər