Logo
    Hələ təqdim edilməmiş Xiaomi Pocophone F2 smartfonu Geekbench testindən keçdi

    Hələ təqdim edilməmiş Xiaomi Pocophone F2 smartfonu Geekbench testindən keçdi

      Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti özünün Poco brendindən imtina edəcək. Bugün isə verdiyimiz xəbərdə Xiaomi təmsilçisi bildirmişdi ki, şirkət bu cür plana sahib deyil. İndi isə hələ təqdim olunmamış Pocophone F2 smartfon modeli məşhur bençmark saytında testdən keçib. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
      Beləliklə məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilmiş Pocophone F2 modeli Snapdragon 845 prosessoruna və 6 GB RAM-a sahibdir. Smartfon Geekbench-in birnüvəli testində 2473 xal, çoxnüvəli testində isə 8633 xal toplayıb. Maraqlısı ondadır ki, testdən keçmiş model Android Oreo əməliyyat sistemi vasitəsilə çalışır.
      Çox güman ki, söhbət, smartfon modelinin ilkin versiyasından gedir. İnternetdə həmçinin Pocophone F2 smartfon modelinin ön panelinin şüşəsinin fotosu ortaya çıxıb. Fotodan da görmək olar ki, smartfon nazik çərçivələrə və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə sahib olacaq. Pocophone F2-nin nə zaman təqdim oluncağı barəsində hələ də bir məlumat yoxdur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Hələ təqdim edilməmiş Xiaomi Pocophone F2 smartfonu Geekbench testindən keçdi