Hər gün çay və qəhvə içməyin qırtlaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkar edilib!
Elm & Texnologiya
24.12.2024
Farid Pardashunas
Yeni bir araşdırma hər gün müəyyən miqdarda çay və ya qəhvə içməyin qırtlaq və ağız xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığını üzə çıxarıb.
Cancer jurnalından dərc olunan araşdırmalara görə, ABŞ-dan olan tədqiqatçılar əvvəlki 14 araşdırmadan 25 mindən çox məlumatı toplayaraq analiz ediblər. Bu təhlildə baş və boyun nahiyəsində şişləri olan şəxslərin qidalanma vərdişlərini öyrənərək hansı faktorların önə çıxdığını müəyyən etməyə çalışıblar. Nəticələr onu göstərib ki, gündə 4 və daha çox fincan qəhvə içmək baş və boyun bölgəsində ümumi xərçəng riskini 17%-ə qədər azalda bilər. Qəhvə sevməyənlər üçün də yaxşı xəbər var. Araşdırmaya görə, çay da riski azaltmaqda mühüm rol oynaya bilər.
Nəticələrə əsasən, gündə 4 və daha çox fincan qəhvə içənlərin ağız xərçəngi riski 30%, qırtlaq xərçəngi riski isə 22% daha aşağı olub. Qırtlağın alt hissələri üçün isə bu azalmanın 40%-ə qədər olduğu müşahidə edilib. Hətta kofeinsiz qəhvədə belə riskin təxminən 25% dəyərində azaldığı aşkar edilib. Ağız və qırtlaq nahiyəsindəki xərçənglərin çox təhlükəli olduğu məlumdur. Xüsusilə də siqaret çəkənlərdə risk daha yüksək olur. Araşdırmalara görə, tütün məhsullarından istifadə edən şəxlərdə bu cür şişlərin yaranma riski 10 dəfə çoxdur. Alkoqol istehlakında da risk eyni şəkildə artır. Buna görə də çay və qəhvə kimi içkilərin istehlak edilməsi daha faydalı nəticələr verir.
Ancaq qeyd etmək lazımdır ki, hər araşdırmada bu cür nəticələr əldə edilmir. Bəzi tədqiqatlar hər gün orta və ya yüksək miqdarda qəhvə içməyin qoruyucu təsir göstərdiyini desə də, digərləri bu təsirin əhəmiyyətli olmadığını göstərib. Bu səbəbdən, araşdırma qrupunun üzvləri qəhvə və çayın təsirlərinin mürəkkəb olduğunu vurğulayaraq, daha çox məlumat və araşdırmaya ehtiyac olduğunu bildirirlər.
Linki kopyala
elmi xeber
elmi araşdırma
Scientific news
coffee
tea
science
science news
elmi xeberler
cay
kofe
qehve
xerceng xesteliyi
cancer
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni dişlərin yetişdirilməsinə istiqamətlənmiş dərmanın testlərinə start verilib
Yeni dişlərin yetişdirilməsinə istiqamətlənmiş dərmanın testlərinə start verilib
Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar.
Alimlər qida allergiyalarına qarşı təbii bir həll yolu kəşf ediblər!
Alimlər qida allergiyalarına qarşı təbii bir həll yolu kəşf ediblər!
Aparılan yeni araşdırma qida allergiyalarına qarşı təbii bir həll yolu təqdim edə bilər. Meyvə və tərəvəzlərdə olan kaempferol adlı flavonoidin qida allergiyalarını azaltma potensialı isə budur:
Alimlər Dünyanın sonunun nə vaxt gələcəyini təxmin ediblər!
Alimlər Dünyanın sonunun nə vaxt gələcəyini təxmin ediblər!
Bristol Universitetinin araşdırmasına görə, bəşəriyyət və digər növlər üçün sonun başlanğıcı yaxınlaşır. Qlobal istiləşmə isə bu prosesi daha da sürətləndirə bilər
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya Elmi-Tədqiqat İnstitutunun rəhbərlik etdiyi beynəlxalq komanda süni zəka və böyük məlumat metodlarından istifadə edərək, kompleks həyatın 1.5 milyard illik təkamülünü yüksək dəqiqliklə ortaya çıxarıblar.
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!
Elm dünyası kvant fizikası sahəsində böyük bir kəşfə imza ataraq indiyə qədər məlum olmayan yeni bir maddənin aqreqat halını aşkarlayıb. Tədqiqatçılar bu kəşfin maddənin davranışı və təbiəti haqqında bildiklərimizi kökündən dəyişdirə biləcəyini qeyd edirlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!