Honor Band 7 smart qolbağının NFC çipinə sahib versiyası təqdim edilib - QİYMƏTİ

Honor Band 7 smart qolbağının NFC çipinə sahib versiyası təqdim edilib - QİYMƏTİ

Texnologiya
06.03.2023 PAYLAŞIM

    Honor Magic 5 Ultimate ilə birlikdə şirkət Honor Band 7 smart qolbağının yeni versiyası olan Honor Band 7 NFC-ni təqdim edib. Smart qolbağın təqdim edilmiş yeni versiyasının adi versiyadan əsas fərqi ondadır ki, yeni versiya kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip ilə təchiz olunub. Digər bütün özəllliklər baxımından Honor Band 7 NFC adi Honor Band 7 ilə eynidir. Belə ki, adi Honor Band 7 kimi Honor Band 7 NFC də 1.47 düym AMOLED ekranla təhiz olunub və ekran 2.5D qoruyucu şüşəsi ilə əhatə edilib. Bununla yanaşı Honor Band 7 NFC modeli ürək döyüntülərini və qandakı oksigen miqdarını ölçə, yuxu keyfiyyətini monitorinq edə bilir. Smart qolbaq 100-ə yaxın idman rejimini dəstəkləyir. Bir dəfə şarj olunandan sonra Honor Band 7 NFC modeli 14 gün ərzində çalışa bilir. Smart qolbaq 20 mart tarixində Çin bazarında 41$ qiymətində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×