Logo
    main-post-cover

    Honor MagicPad 13 planşeti təqdim edilib - QİYMƏTİ

        Honor şirkəti qatlana bilən Magic V2 smartfonundan əlavə olaraq MagicPad 13 adlı planşetini də təqdim edib. Sözügedən planşet özündə böyük ölçülü ekranı, güclü audio sistemi, böyük həcmli batareyanı və performanslı prosessoru birləşdirir. Beləliklə Honor-un yeni planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1840 piksel keyfiyyətli IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Bununla yanaşı planşetin ekranı Magic Pencil 3 stilusunu dəstəkləyir.
        Şirkət MagicPad 13-ə 8 ədəd səsgücləndirici və 4 ədəd mikrofon quraşdırıb. Əsas texniki göstəricilər baxımından planşet Snapdragon 888 prosessoru, 8/12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 9 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 050 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet Android 13 vasitəsilə çalışır. Honor MagicPad 13 20 iyul tarixində Çin bazarında satışa çıxacaq. Onun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 256 GB yaddaş - 418$
    - 12 GB RAM + 256 GB yaddaş - 460$
    - 16 GB RAM + 512 GB yaddaş - 515$.
    Paylaş
    Bənzər xəbərlər