HTC şirkəti orta büdcəli smartfon üzərində çalışır
Elm & Texnologiya
12.04.2019
Emil Nəcəfov
Böyük maliyyə çətinliklərinə baxmayaraq HTC şirkəti smartfon istehsalını davam etdirməyə çalışır və hal hazırda orta büdcəli cihaz üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, sözügedən smartfon məşhur Geekbench bençmark saytının məlumatlar bazasında HTC 2Q7A100 model nömrəsi ilə aşkar edilib. Məlumatda qeyd olunub ki, smartfon 1.7 GHz tezlikdə çalışan Snapdragon 710 prosessoru sayəsində çalışır. Qeyd etmək lazımdır ki, Qualcomm şirkəti artıq onun davamçısı olan Snapdragon 730 prosessorunu təqdim edib.
Bununla yanaşı HTC-nin yeni orta büdcəli smartfon modeli 6 G BRAM ilə təchiz olunub və Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Çox keçməyib ki, həmin smartfon həmçini AnTuTu bençmark saytında da ortaya çıxıb. Ordakı məlumata əsasən isə smartfon həm də 2160x1080 piksel keyfiyyətli ekrana, Adreno 616 qrafik sürətləndiriciyə və 128 GB daxili yaddaş həcminə sahib olacaq. Şirkət artıq smartfonun test olunması ilə məşğuldur. Buna görə də cihaz yaxın zamanda təqdim oluna bilər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!