main-post-cover

    Huawei'dən FreeLace adlı yeni naqilsiz qulaqlıqlar və Watch GT smart saat modelləri

    Elm & Texnologiya
    27.03.2019
    Farid Pardashunas
        Öz təqdimatında yeni P30 flaqman seriyasından əlavə olaraq Huawei şirkəti həmçinin yeni aksessuarları da təqdim edib. Bura şirkətin FreeLace adlı yeni naqilsiz qulaqlıqları və Watch GT adlı yeni smart saat modeli daxil olub.
    Huawei FreeLace:
        Yeni naqilsiz qulaqlıqların əsas özəlliyi ondan ibarətdir ki, onlar həm naqilsiz rejimdə həm də USB Type-C girişinə qoşulu vəziyyətdə çalışa bilirlər. Yeni qulaqlıqların səs keyfiyyətindən titan material örtüklü termoplastik poliuretandan hazırlanmış diafraqmalı 9.2 millimetrlik dinamik drayverlər cavabdehdir. Qulaqlığın mikrofon modulu əlavə olaraq hava keçiriciliyi kanalına sahibdir. Beləliklə istifadəçi qulaqlıqda olan mikrofon vasitəsilə danışan zaman hava keçiriciliyinə sahib kanal külək səbəbilə yaranan əlavə səs-küyü boğa bilir. Qulaqlığın naqillərinin üzərində olan silikon örtük isə öz növbəsində həmin naqillərin intensiv idman zamanı burulması kimi halların qarşısını alır.

        Qulaqlıqda olan IPx5 standartlı sudan qorunma özəlliyi sayəsində bu qulaqlıqdan müxtəlif hava şəraitində istifadə etmək olar. İdarəetmə düymələri vasitəsilə nəinki səsin tənzimlənməsi özəlliyini həm də səsli köməkçini işə salmaq olar. Qulaqlığın ilk aktivləşməsi zamanı qulaqlıq HiPair funksiyası vasitəsilə smartfonla əlaqə yaradır və daha sonra istifadəçi musiqi dinləyə və USB Type-C vasitəsilə qulaqlığı şarja qoya bilər. Bir dəfə şarj olunandan sonra bu qulaqlıq 18 saat ərzində musiqi dinləmə rejimində, 12 saat danışıq rejimində və 12 gün ərzində gözləmə rejimində çalışa bilir. Huawei FreeLace həmçinin sürətli enerji yığma texnologiyasını da dəstəkləyir. Onun vasitəsilə 5 dəqiqə şarj olunandan sonra ondan 4 saat istifadə etmək mümkündür. Yeni qulaqlıq aprel ayında 99 avro qiymətində satışa çıxacaq.
    Huawei Watch GT:
        Təqdimatda şirkət Watch GT smart saatının iki yeni modelini də təqdim edib. Beləliklə Active Edition modeli 454x454 piksel keyfiyyətli 1.39 düym ekran, Elegant Edition modeli isə 390x390 piksel keyfiyyətli 1.22 düym ekranla təchiz olunub. Active Edition modelindən aktiv istifadə nəticəsində bu model 2 həftə çalışa bilər. Elegant Edition modeli isə aktiv istifadə nəticəsində 1 həftə çalışmaq özəlliyinə sahibdir. Adi saat kimi işlədildikdə isə hər iki smart saat modeli bir dəfə şarj olunandan sonra 30 gün ərzində çalışa bilir. Beləliklə Active Edition modeli 249 avro qiymətində, Elegant Edition modeli isə 229 avro qiymətində satışa çıxacaq. Sözügedən smart saatların Avropada satış tarixləri isə bir qədər sonra elan olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər