main-post-cover

    Huawei Mate 20 Pro smartfonu Android Q'nün beta test siyahısına geri qaytarılıb

    Elm & Texnologiya
    31.05.2019
    Farid Pardashunas
        Huawei şirkəti öz böyük partnyorları ilə əməkdaşlığı bərpa etməyə davam edir. Flex şirkəti ilə əməkdaşlığın bərpa olunması xəbərindən sonra dünənki xəbər vasitəsilə məlum oldu ki, SD AssociationWi-Fi Alliance təşkilatları da şirkət ilə əməkdaşlığı bərpa ediblər. İndi isə məlum olub ki, şirkətin flaqman smartfon modeli olan Mate 20 Pro Android Q əməliyyat sisteminin beta test siyahısına yenidən qaytarılıb. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        Beləliklə yeni əməliyyat sisteminin testi üçün nəzərdə tutulmuş smartfonlar siyahısına Mate 20 Pro modeli yenidən qayıdıb. Qeyd etmək lazımdır ki, keçən həftə həmin smartfon Google şirkəti tərəfindən siyahıdan silinmişdi. Bir neçə müddət bundan öncə ABŞ hökuməti şirkətə 90 günlük lisenziya təqdim etmişdi. Həmin 90 günlük lisenziya müddətində Huawei şirkəti ABŞ bazarındakı fəliyyətini davam etdirə bilər. Lisenziyanın müddəti 19 avqust tarixində bitəcək. Görünür, bir sıra şirkətlər məhz həmin lisenziya çərçivəsində şirkət ilə əməkdaşlıqlarını bərpa edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər