Huawei şirkəti də büdcəli qatlana bilən smartfon modeli üzərində çalışır
Elm & Texnologiya
15.05.2020
Farid Pardashunas
Görünür, büdcəli qatlana bilən smartfon modelini təkcə Samsung şirkəti hazırlamır. Belə ki, Huawei şirkəti artıq bu il büdcəli qatlana bilən smartfon modelini satışa çıxartmaq niyyətindədir. Bu barədə Gizmochina saytı xəbər verib. Display Supply Chain Consultants şirkətinin CEO-su Ross Young, GregglesTV adlı Youtube kanalınn videobloqqerinə müsahibə verən zaman qeyd edib ki, bu ilin sentyabr və ya oktyabr ayında Huawei Mate 40 smartfon seriyası ilə birlikdə büdcəli qatlana bilən smartfon modelinin də təqdim olunacağını gözləmək olar.
Onun sözlərinə əsasən şirkət bu məsələdə aqressiv qiymət gösəricisi təyin etmək niyyətindədir. Ross Young sözügedən smartfon barəsində heç bir məlumat verməyb. Onun sözlərinə əsasən Huawei şirkəti hal hazırda daxili istiqamətə qatlana bilən smartfon modeli üzərində çalışır. Bu isə Mate X və Mate Xs modellərinin qatlanma özəlliklərindən tamamilə fərqlənir. Bununla yanaşı şirkət həmçinin Galaxy Z Flip dizaynında yeni smartfon üzərində də çalışır və hal hazırda onun üçün elastiki şüşə material yaratmaqla məşğuldur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)