
Huawei şirkəti naqilsiz qulaqlıqlara sahib olacaq yeni smart saat üzərində çalışır
Elm & Texnologiya
17.11.2022
Emil Nəcəfov
Bir neçə müddət budan öncə Huawei şirkəti dəyişdirilə bilən ekran özəlliyinə sahib Watch GT Cyber adlı smart saatını təqdim etmişdi. İndi isə verilmiş məlumata əsasən şirkət daha bir qeyri-adi smart saat modeli üzərində çalışır. Verilmiş məlumata əsasən söhbət, naqilsiz qulaqlıqlara sahib olacaq smart saatdan gedir. Məlumatda qeyd edilib ki, bu cür cihaza inteqrasiya ediləcək naqilsiz qulaqlıqlar smart saat ekranının alt hissəsində yerləşəcəklər. Sözügedən smart saat modeli bazara Huawei Watch Buds adı ilə satışa çıxa bilər. Təəssüflər olsun ki, Huawei şirkətinin bu smart saatının texniki özəllikləri barəsində heç bir məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, Huawei Watch Buds gələn il təqdim oluna bilər. Dəqiq olan odur ki, bu cür smart saat HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışacaq.



Linki kopyala
Həftənin xəbərləri

