main-post-cover

    Huawei şirkəti P20 Lite 2019 smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    14.05.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Huawei şirkəti P Smart Z adlı orta büdcəli smartfon modelini təqdim etmişdi. Lakin şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, indi şirkət P20 Lite 2019 smartfon modeli üzərində çalışır. Bu barədə Winfuture saytına istinadən Gagadget saytı xəbər verib. Məşhur insayder Roland Quandt sözügedən smartfonun render fotolarını və onun özəllikləri barəsində bəzi məlumatları verib. Beləliklə Huawei P20 Lite 2019 smartfon modeli 5.84 düym IPS ekran ilə təchiz olunacaq və ekran üzərində çıxıntı hissə olacaq.

        Bununla yanaşı smartfon Kirin 710 prosessoruna və 4 GB RAM-a sahib olacaq. Lakin P20 Lite 2019 modelinin əsas özəlliyi onun kameralarında olacaq. Belə ki, smartfon 4 ədəd arxa kameraya sahib olacaq. Bu isə prta büdcəli smartfon üçün təəccübləndirici bir özəllikdir. Güman olunur ki, kamera modullarından biri f/1.8 dafraqmalı 24 MP-lik kamera modulu olacaq. Lakin yerdə qalan 3 kamera modulunun göstəriciləri barəsində heç bir məlumat yoxdur. P20 Lite 2019 modeli yaxın müddətdə təqdim olunmalıdır. Gözləntilərə əsasən o, 280-330 avro qiymətində satılacaq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər