main-post-cover

    Huawei smartfonlarına ən məşhur tətbiqlər öncədən quraşdırılacaq

    Elm & Texnologiya
    08.02.2020
    Farid Pardashunas
        Keçən ildən bəri Huawei şirkəti üçün Google Play online mağazası da daxil olmaqla digər Google servislərinin dəstəyi dayandırılıb. Bu səbəbdən şirkət Google servislərinin analoqlarının yaradılması üzərində çalışır və hətta Google Play-ə alternativ ola biləcək tətbiqlər mağazasının yaradılması üçün Xiaomi, OPPO Vivo şirkətlərinin dəstəyini əldə edib.
        Son məlumat sızıntısına əsasən isə öz istifadəçilərini tətbiqlər ilə təmin etmək üçün Huawei daha bir üsul fikirləşib. Bu barədə Gizchina saytı xəbər verib. Huawei hal hazırda aktiv şəkildə AppGallery adlı fərdi tətbiqlər mağazasını inkişaf elətdirir və həmin mağazada çoxlu sayda tətbiqlərin təqdim edilməsi üçün müxtəlif tərtibatçıları özünə cəlb edir. Lakin bir çox məşhur tətbiqləri hələ də Google Play-dən yükləmək lazım gəlir.
        Bu səbəbdən şirkət qərar qəbul edib ki, o öz yeni smartfon modellərinə Google Play-dən olan 70 məşhur tətbiqi öncədən quraşdıracaq. Məlumatda qeyd edilib ki, tətbiqlər siyahısı Google Play-dəki reytinqlərdən asılı olaraq hər bir region üçün fərqli olacaq. Bu üsul ilə bütün istifadəçilər özləri üçün aktual olan tətbiqləri əldə etməlidirlər. Başqa sözlə desək, müəyyən bir ölkənin istifadəçisi digər ölkədə məşhur olan tətbiqləri əldə etməyəcək. Məlumata əsasən şirkət ən məşhur tətbiqlərin öncədən smartfona quraşdırılması prosesinə P40 flaqman smartfon seriyasında start verəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər