Huawei smartfonlarında 5G şəbəkəni təmin edəcək xüsusi keysin ilk real fotosu ortaya çıxıb

Huawei smartfonlarında 5G şəbəkəni təmin edəcək xüsusi keysin ilk real fotosu ortaya çıxıb

Texnologiya
17.03.2022 PAYLAŞIM

    Bir neçə gün bundan öncə xəbər ortaya çıxmışdı ki, Huawei şirkəti öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul vasitəsilə geri qaytaracaq. Belə ki, şirkət 5G dəstəyini reallaşdıracaq xüsusi smartfon keysləri üzərində çalışır. Həmin keyslər öz növbələrində şirkətin aktual və gələcək smartfonlarını 5G şəbəkəsi ilə təmin etməlidirlər. İndi isə internetdə sözügedən keysin ilk real fotosu ortaya çxıb. Çinin Weibo adlı sosial şəbəkəsində Huawei P50 Pro-nun fotosu ortaya çıxıb. Ortaya çıxmış fotonun maraqlı tərəfi ondan ibarətdir ki, smartfonun yanında həmçinin xüsusi keys əks olunub və həmin keys smartfonun arxa panelinin dizaynını təkrarlayır. Görünür, sözügedən keys smartfonun qalınlığını bir qədər artıracaq onun USB Type-C girişini öz girişi ilə əvəz edəcək. Smartfonlar üçün nəzərdə tutulmuş 5G keyslərin nə zaman satışa çıxacaqları və hansı qiymətə satılacaqları barəsində bir məlumat yoxdur. Huawei bu cür aksesuarı artıq bu ay təqdim edə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik AirPods Pro 2-nin nə zaman satışa çıxacağını açıqlayıb..

Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı...


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...

×