main-post-cover

    InSight kosmik aparatı Mars planetindən ilk selfi fotosunu göndərib

    Elm & Texnologiya
    27.11.2018
    Farid Pardashunas
        Dünən gecə NASA-nın InSight kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş etmişdi. Bugün isə kosmik aparat Yer kürəsinə ilk selfi fotosunu göndərib. Göndərilmiş fotoda Elysium Planitia adlı düzənlik əks olunub. Bu düzənlik quyu qazılması və digər tədqiqat işlərinin aparılması baxımından InSight üçün əlverişli zonadır. Uğurlu enişdən sonra uzunmüddətli kosmosda səyahət və sürətli eniş zamanı kosmik aparatın heç bir hissəsinin zədələnmədiyinə əmin olmaq üçün InSight-a bir neçə müddət vaxt lazım olub. İlk selfi foto ilə birgə göndərilmiş məlumatlar onu göstərir ki, kosmik aparat öz günəş panellərini uğurlu şəkildə aktivləşdirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər