Logo
    main-post-cover

    iPhone 7-nin təqdimat mərasiminin dəqiq vaxtı açıqlandı

    Bu ilin ən çox gözlənilən məhsullarından biri olan "Apple"-ın yeni smartfonu iPhone 7-nin təqdimat tarixi açıqlandı.

    Bu ayın əvvəllərində smarton bazarının lideri "Samsung", yeni smartfonu Galaxy Note 7-ni təqdim etmişdi. Qısa vaxtda əvvəlcədən sifariş edilmə rekordları qırmağı bacaran Samsung-un Note 7-sindən sonra gözlər Apple-a çevrildi.

    Apple-ın bu ilki ulduzu iPhone 7-nin bir müddətdir Sentyabr ayında təqdim ediləcəyi danışılırdı. "Bloomberg"-in Apple editoru "Mark Gurman", hazırladığı materialda iPhone 7 ailəsinin 7 Sentyabr 2016 tarixində qədim olunacağını bildirdi.
    Uzun müddətdir ortaya çıxan sızıntılar ilə birlikdə hardasa hər detalını öyrəndiyimiz iPhone 7-nin təqdimat mərasimi, eyni zamanda "Sony"-nin yeni konsolu Playstation Neo-nun təqdimat mərasimi ilə eyni günə təsadüf edir. 

    iPhone 7 İşlək halda görüntüləndi!

    Bu il həqiqətən Samsung-un Galaxy Note 7 ilə çox uğurlu bir cihaz ortaya çıxardığını qəbul edəsi olsaq, bu ilin qalan hissəsində xüsusilə iPhone 7 Plus və Galaxy Note 7 cihazları arasında böyük bir rəqabətə şahid olacağıq. Görəsən iPhone 7 ailəsi istifadəçilərin cihazdan gözləntilərini qarşılaya biləcək mi?
    Paylaş
    Bənzər xəbərlər