
Lenovo öz smart eynəyi üzərində çalışır
Elm & Texnologiya
18.08.2023
Emil
Artıq məlumdur ki, Lenovo şirkəti özünün portatiov oyun konsolu Lenovo Legion GO üzərində çalışır. Sözügedən oyun konsolunun render fotoları dünən ortaya çıxmışdı. İndi isə məlum olub ki, şirkət özünün Legion brendi altında daha bir maraqlı cihaz üzərində çalışır. Söhbət, smart eynəkdən gedir. Bu barədə məlumatı Evan Blass adlı məşhur insayder təqdim edib.
O həmçinin Lenovo-nun smart eynəyinin render fotosunu da bölüşüb. Təəssüflər olsun ki, Lenovo tərəfindən hazırlanan smart eynəyin texniki göstəriciləri barəsində heç bir məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, Lenovo tərəfindən hazırlanan smart eynək Snapdragon prosessoru vasitəsilə çalışacaq. Smart eynəyin nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər