
M2 və M2 Pro-ya sahib yeni Mac mini (2023) təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
18.01.2023
Emil
Apple şirkəti yeni M2 Pro, M2 Max prosessorları və MacBook Pro (2023) noutbukları ilə yanaşı həmçinin kompakt ölçülü Mac mini (2023) kompüterini də təqdim edib. Təqdim edilmiş yeni Mac mini modeli iki versiyada satışa çıxacaq. Onlardan biri M2 prosessoruna, digəri isə M2 Pro prosessoruna sahib olacaq. M2 prosessoruna sahib Mac mini modeli 24 GB-a kimi RAM yaddaşı və 256 GB-dan 2 TB-a kimi SSD ilə, M2 Pro prosessoruna sahib Mac mini modeli isə 32 GB-a kimi RAM yaddaşı və 512 GB-dan 8 TB-a kimi SSD ilə təchiz olunub.

Mac mini (2023)-ün hər iki versiyası Wi-Fi 6E naqilsiz şəbəkə və Bluetooth 5.3 texnologiya dəstəyinə sahibdir. M2 prosessoruna sahib Mac mini modeli özündə 2 ədəd Thunderbolt 4 (USB Type-C), 1 ədəd HDMI, Ethernet və 2 ədəd USB Type-A girişini birləşdirir. M2 Pro prosessoruna sahib Mac mini modeli isə həmin girişlər ilə əlavə özündə 4 ədəd Thunderbolt 4 (USB Type-C) girişini birləşdirir. Mac mini (2023) 23 yanvar tarixində satışa çıxacaq. M2 prosessoruna sahib modelin qiyməti 599$-dan, M2 Pro prosessoruna sahib Mac mini modelinin qiyməti isə 1299$-dan başlayacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
