Məşhur analitik 2020-ci il iPhone modelinin kameraları barəsində məlumat verdi

Məşhur analitik 2020-ci il iPhone modelinin kameraları barəsində məlumat verdi

Texnologiya
30.07.2019 PAYLAŞIM

    Dünən verdiyimiz xəbərdə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, 2020-ci ildə satışa çıxacaq bütün iPhone modelləri 5G şəbəkə dəstəyinə sahib olacaqlar. Bugün isə bu məşhur analitik iPhone 2020 modeli barəsində daha bir məlumat verib. Bu barədə Ubergizmo saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə analitikin verdiyi məlumata əsasən 1 ildən sonra Apple şirkəti Face ID texnologiyasından imtina edəcək və onu daha təkmilləşdirilmiş ToF (Time of Flight) kamera modulları ilə əvəz edəcək.

    Belə ki, həmin ToF kamera modulları istifadəçi üzünü sürətli və dəqiq şəkildə skan etməkdən əlavə olaraq 3D modellərin də əldə olunmasına imkan verəcək. ToF kameralar xüsusi sensor əsasında hazırlanıb. Həmin sensor işıq buraxaraq həmin işığın müəyyən obyektdə əks olunacağı sürəti təyin edə bilir. Bu sürəti təyin edəndən sonra sistem obyektə qədər olan dəqiq məsafəni öyrənir. Bu cür kameraya sahib smartfon 1000-ə yaxın ayrı-ayrı nöqtələrə olan məsafəni təyin etməklə obyektin tam 3D modelini yarada blər.

    3D kameranın infraqırmızı kameradan əsas üstünlüyü ondan ibarətdir ki, 3D kamera daha uzaq məsafədə çalışa bilir. Analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple şirkəti iPhone 2020 modellərində məhz bu cür 3D kameralardan istifadə edəcək. Bu cür kameralar 2020-ci ildə təqdim olunacaq 3 iPhone modelindən minimum ikisinə inteqrasiya ediləcək. Həmin ötürücülər smartfonun arxa panelində əsas kamera modulunun yanında və ön paneldə Face ID texnologiyasının yerində yerləşdiriləcək. ToF kamera modulları vasitəsilə Apple şirkəti iPhone modellərinin virtual və artırılmış reallıq sahələrindəki imkanlarını genişləndirməyi planlaşdırır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


The Office Coworking mərkəzini gəzdik | Ofisdə nələr var?

Biznes ofisləri rubrikamızda bu dəfə The Office-də yaradılan şərait ilə tanış oluruq.


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..