Logo
    main-post-cover

    Microsoft şirkəti də naqilsiz Apple AirPods qulaqlığının rəqibi üzərində çalışır

        Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, Amazon şirkəti naqilsiz Apple AirPods qulaqlıqlarına rəqib olacaq qulaqlıqlar üzərində çalışır. Görünür, bu siyahıya həmçinin Microsoft şirkəti də əlavə olunub. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, ortaya çıxmış məlumata əsasən Microsoft şirkəti hal hazırda Morrison kod adına sahib naqilsiz qulaqlıqlar üzərində çalışır.
        Güman olunur ki, şirkətin hazırladığı naqilsiz qulaqlıq modeli bazara Surface Buds adı ilə satışa çıxacaq. Çox güman ki, Microsoft-un naqilsiz qulaqlıq modeli Cortana səsli köməkçinin dəstəyini əldə edəcək və ətrafdakı səs-küyü boğma texnologiyasına sahib olacaq. Təəssüflər olsun ki, qulaqlığın nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər